«Sabah Planning & Development International» şirkətinin
(Sabah PDI) hazırda Bakıda icra etdiyi 1,5 milyard dollarlıq Crescent
Development investisiya layihəsindən başqa, ümumi dəyəri 7,4 milyard dollarlıq
daha iki irimiqyaslı planı var. Ofislərindən bir Birləşmiş Ərəb Əmirliklərində
yerləşən, 2014-cü ildə Bakıda qurulan bu ilk şirkətin ilk direktoru fövqəladə
hallar naziri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov olub.
FHN rəhbəri Kəmaləddin Heydərovun oğlu Tale Heydərov ilk dəfə rəsmən Azərbaycanda
yaradılan kommersiya şirkətinin rəhbəri olub. Turan xəbər verir ki, şirkətin
ofisi Heydərovlara məxsus Kempinski Badamdar Baku hotelindədir. KİV-də bu
yaxınlarda gedən məlumata görə, 17 fevralda "Sabah P&D International” MMC
qeydiyyata alınıb. Şirkətin direktoru 29 yaşlı Tale Heydərovdur. Buna qədər
London Universitetinin Birbek kollecinin 24 yaşlı məzunu (2007-ci il) Azərbaycan-Avropa
Cəmiyyəti diaspor təşilatının (The European Azerbaijan Society) təsisçisi, "Qəbələ”
futbol klubunun prezidenti idi. Xaricdə
United Enterprises International (UEI) holdinq şirkətinin İH sədri idi.
Aypara və göydələnlər kompleksi
«Gilan Holding» şirkətlər qrupunun Bakıda, Xəzər dənizinin sahilində inşa
etdirdiyi altıulduzlu Aypara oteli, eləcə də Crescent kompleksinə daxil olan 5
yaşayış, biznes və ticarət göydələnlərinin inşaatı layihəsi «Sabah PDI» şirkətinin
inşaat portfelinin tərkib hissəsidir. İnşasına 2013-cü ildə başlanan və yarım
milyon kvadrat metr yaşayış və qeyri-yaşayış sahələri təklif edəcək bu
kompleksin nə zaman istifadəyə veriləcəyi barədə məlumat, hələlik, ictimaiyyətə
açıqlanmayıb. Gilan Turizm Şirkətinin əsas fəaliyyət istiqaməti Azərbaycanda
Turizm sənayesinin inkişafına təkan verməkdir.
Holdinqin «Sabah PDI» şirkətinin iştirakı ilə Bakıda icrasını planlaşdırdığı
ikinci layihə «Gilan Towers One & Two» göydələnləridir. Ümumi sahəsi 180
min kvadrat metr olan bu lüks yaşayış kompleksi Crescent Bay layihəsinin
qonşuluğunda tikiləcək. Onun sərmayə həcmi 400 milyon dollar qiymətləndirirlir.
AİFC "Sabah PDİ ” şirkətinin Bakıda inşasını nəzərdə tutduğu ən iri layihədir.
Şirkət onun layihənin hələ 2016-cı ildə hazır olduğunu bildirir. 7 milyard
dollarlıq bu layihəni icra etməklə holdinq Bakını bölgənin investisiya mərkəzinə
çevirmək istədiyi bildirib. AzadlıqRadiosu «Azərbaycan Beynəlxalq Maliyyə Mərkəzi»
layihəsinin icrasına hazırlıq işləriylə bağlı «Gilan Holding» MMC-yə və «Sabah
PDI» şirkətinə müraciət edib. Hər iki şirkət sualları cavabsız qoyub.
Hökumət bu planlardan xəbərsizdir
«Gilan Towers One & Two» və AIFC layihələrinin dövlət qurumları ilə
razılaşdırılmasıyla bağlı AzadlıqRadisosu Dövlət Şəhərsalma və Arxitektura
Komitəsinə də üz tutub. Komitənin şəhərsalma şöbəsinin müdiri Anar Bayramov
cavab məktubunda bildirib ki, bu haqda quruma müraciət təqdim edilməyib.
Ümumiyyətlə, «Gilan Towers One & Two» və AIFC layihələrinin mövcudluğu və
Bakının hansı ərazisində icra olunacağı haqda DŞAK-a məlumat daxil olmayıb.
Şirkətin rəhbərlərindən biri vəliəhdin müşaviridir
Bakı «Sabah PDI» şirkətinin yeganə sərmayə ünvanı deyil. Onun korporativ
saytında Dubayda 300 milyon dollarlıq «La Luna Resort» 5 və 6-ulduzlu 2 otelin,
4 milyard dollarlıq Dubay Beynəlxalq Maliyyə Mərkəzinin, eləcə də Tayvanda 3,5
milyard dollarlıq daşınmaz əmlak layihəsinin icrasının hədəfləndiyi qeyd
olunur. Bunun üçün menecerlərdən, layihəçilərdən və digər peşəkarlardan ibarət
komanda yaradılıb. Onlardan biri Məhəmməd Rəşid bin Qhadayer Al Katb – «Sabah
PDI» şirkətinin İdarə Heyətinin sədr müavinidir. O, Birləşmiş Ərəb Əmirliklərinin
(BƏƏ) vəliəhdi Şeyx Hamdan bin Məhəmməd Al Maktumun baş katibi və müşaviridir.
Hazırda «Sabah P&D International» MMC-yə Hüseyn Abdinzadə rəhbərlik edir.
Ümumdünya Ticarət Təşkilatının sənədlərində bu şirkətin təsisçilərinin BƏƏ və
Böyük Britaniya vətəndaşı olduqları göstərilir. (Azadlig.org)
Ulu Yol Xəbər portalı » Araşdırma » Kəmaləddin Heydərovun 7 milyardlıq planı
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/