Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada həlak olub.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə
Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.
Açıqlamada bildirilir ki, general-leytenant Valeriy Asapov minaatanlardan
açılan atəş nəticəsində həlak olub. Deyr əz-Zor şəhərinin İŞİD-dən azad
olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik
edib.
V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub.
Ulu Yol Xəbər portalı » GÜNDƏM » Suriyada Rusiya ordusunun generalı həlak olub
Xəbər lentİ
Yazarlar
Müstəmləkə cinayətlərinə rəğmən müstəqillik əzmini itirməyən Əlcəzair - TƏHLİL
/
1-11-2022, 21:12
/