Bu gündən Bako Sahakyanın tanınmamış "Dağlıq Qarabağ Respublikasının prezidenti” vəzifəsində ən azı daha üç il müddətinə fəaliyyəti başlayır.

BBC xəbər verir ki, cümə axşamı tanınmamış "DQR parlamentinin fövqəladə iclasında” onun inauqurasiya mərasimi keçirilib.

Sahakyan əlini 17-ci əsrin incili və "DQR Konstitusiyasına” qoyub, "DQR-in suverenliyi və ərazi bütövlüyünü” qoruyub saxlamağa and içib.

"Artsax Respublikasının prezidenti vəzifəsini qəbul edərək, Konstitusiyanın tələblərini şəksiz yerinə yetirməyə, insan və vətəndaş haqları və azadlıqlarına hörmət etməyə, Artsax Respublikasının şərəfi və Artsax xalqının firavanlığı naminə Respublikanın suverenliyi, müstəqilliyi, ərazi bütövlüyü və təhlükəsizliyini təmin etməyə and içirəm”, – Bako Sahakyan andiçmə mətnini oxuyub.

Bako Sahakyanın vəzifədə ikinci, son və müddəti başa çatdıqdan sonra onun yenidən vəzifəsində qalmasına bu ilin əvvəlində keçirilən "konstitusiya referendumu” nəticəsində, "tam prezident idarəçilik sisteminin”tətbiq edilməsiimkan verir.

Yeni "konstitusiya” üzrə, "prezident” ümumxalq seçkilər vasitəsilə deyil, parlament üzvlərinin səsverməsi nəticəsində seçilir.

Описание: Bako SahakyanFotonun müəllifiEDGAR.K

Yeni "konstitusiya” Bako Sahakyana keçid mərhələsi adlandırılan üç ildən sonra yenidən namizədliyini prezident seçkilərində irəli sürməyə imkan verir.

"Konstitusiyaya” əsasən, "DQR Hökuməti” istefa verməli, yaxın 20 gün müddətində Bako Sahakyan yeni "hökumət kabinetini” tərtib etməli və ona özü də rəhbərlik etməlidir. Baş nazir vəzifəsi ləğv olunur, yeni dövlət naziri vəzifəsi təsis edilir.

Rəsmi Bakı Azərbaycanın işğal olunmuş ərazilərində seçkilər keçirməyi "növbəti təxribat” kimi qiymətləndirib. Azərbaycan XİN-in sözçüsü Hikmət Hacıyev bildirib ki, "qanunsuz parlament tərəfindən saxta prezident seçkisinin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyildir.”

1994-cü ildə Rusiyanın vasitəçiliyilə imzalanmış atəşkəs razılaşmasından sonra Dağlıq Qarabağ və ətrafındakı Azərbaycan əraziləri erməni silahlılarının əlinə keçib. BMT erməni silahlı qüvvələrinin geri çəkilmələrini tələb edib. Həmin dövrdən bəri tez-tez atəşkəs pozulması halları baş verir və tərəflər münaqişənin həll edilməməsinə görə bir-birini ittiham edir.

 


 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300