Nazim Səfərov: «Şamaxı rayonu Qızmeydan kənd icra nümayəndəsi Katya xanım və Samir Nəcəfov əlbir olub»

Pərviz Nəcəfov: «Onlar əlimizin qabarı hesabına qazandığımız pulu verməkdən imtina edirlər» Ötən gün redaksiyamıza şikayət ərizəsi ilə müraciət edən Lerik rayon sakini Nazim İslam oğlu Səfərov və Neftçala rayon Xolqarabucaq kənd sakini Pərviz Fikrət oğlu Nəcəfov hazırda paytaxt Bakıda tikinti sahəsində çalışdıqlarını bildirməklə yanaşı, Şamaxı rayonu rayonu Qızmeydan kənd icra nümayəndəsindən, eləcə də Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) (keçmiş Milli Təhlükəsizlik Nazirliyi) əməkdaşı Samir Nəcəfovun əməllərindən gileyləndilər. Belə ki, Pərviz Nəcəfovun əmisi oğlu Samir Nəcəfov tərəfindən Şamaxı rayonu Qızmeydan kəndinə göndərildiklərini deyən Nazim Səfərovun sözlərinə görə, Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı olan Samir Nəcəfov və Şamaxı rayonu Qızmeydan kənd icra nümayəndəsi Katya xanım onların halla yolla qazandıqları pullarını, yəni zəhmət haqlarını vermək istəmir: «Pərviz mənə dedi ki, Şamaxı rayonunun Qızmeydan kəndində iş var. Qiymətdə razılaşdıqdan sonra rayona yollandıq. Həmin kəndin icra nümayəndəsinin adı Katyadır. Mən və Pərviz onun evində təxminən, bir ay yarım işlədik və bu müddət ərzində xırda-xırda ümumilikdə 1500 manat pul aldıq. Qeyd edim ki, bizə işi verən, yəni həmin kəndə göndərən şəxs Pərvizin Milli Təhlükəsizlik Nazirliyində (hazırkı Dövlət Təhlükəsizlik Xidməti) çalışan əmisi oğlu Samir Nəcəfov olub. Əldə etdiyimiz razılaşmaya əsasən görəcəyimiz işə görə mənə və Pərvizə ümumilikdə 3370 manat verilməli idi. Lakin bu puldan cəmi 1500 manat almışıq. Yerdə qalan 1870 manatı isə vermirlər.

Belə ki, Samir Nəcəfov və Katya əlbir olub bizim halal yolla, əlimizin qabarı hesabına qazandığımız pulu verməkdən imtina edirlər. İlk öncə pulun olmadığını dedilər. Sonra isə bildirdilər ki, ümumiyyətlə, pul verməyəcəklər. Öyrəndik ki, Samir Nəcəfov bağ evi tikmək üçün Katya xanımdan torpaq alıb və bunun qarşılığında o, icra nümayəndəsinin evinin təmiri üçün lazım olan tikinti materiallarını alır. Yəni istifadə olunan tikinti materiallarının əvəzinə Katya xanım Samir Nəcəfova torpaq verəcək. Hələ bu, harasıdır. Samir Nəcəfov 8 manata aldığı divar kağızını Katya xanıma 18 manat adı ilə təqdim edirdi.

 

Bizə də bunu təsdiqləməyimizi tapşırmışdı. Bir sözlə, o, icra nümayəndəsinin evinin təmiri üçün lazım olan tikinti materiallarının pulundan da xeyir götürdüyü halda, sonda nə o, nə də Katya xanım pulumuzu vermədi». Şikayətçinin bildirdiyinə görə, o və şəriki Pərviz Nəcəfov pullarını vermələri üçün bir neçə dəfə Şamaxı rayonu rayonu Qızmeydan kənd icra nümayəndəsi Katya xanıma və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Samir Nəcəfova müraciət etsələr də, qarşı tərəf açıq-aşkar şəkildə yerdə qalan məbləği verməyəcəklərini bəyan edib: «Onlar bizə dedilər ki, kimə istəyirsinizsə şikayət edin, yerdə qalan pulu verən deyilik. Bundan sonra çarəsiz qalıb Şamaxı Rayon İcra Hakimiyyətinə müraciət etməli olduq.

Lakin ordan bizi Şamaxı Rayon Polis Şöbəsinə göndərdilər. Polisə müraciət etdikdən sonra belə, Katya ilə Samir Nəcəfov gördüyümüz işin qarşılığında bizə borclu qaldıqları 1870 manatı verməyəcəklərini dedilər. Katya xanım bildirdi ki, mən icra başçısına kartof, yemək verirəm və buna görə də mənə heç kim heç nə edə bilməz. Vallah, mən və Pərviz bu soyuq qış günündə bir ay yarım Şamaxı rayonu Qızmeydan kənd icra nümayəndəsi Katya xanımın evinin təmirində zülm çəkmişik. Onlar isə zəhmətlə qazandığımız pulu vermək istəmirlər. Odur ki, qəzetiniz vasitəsi ilə müvafiq qurumlara, ilk növbədə Şamaxı Rayon İcra Hakimiyyətinə, rayon polis şöbəsinə, eyni zamanda Dövlət Təhlükəsizlik Xidmətinə müraciət edirik ki, bizim hüquqlarımızı tapdalayan Qızmeydan kənd icra nümayəndəsi Katya xanım və Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı Samir Nəcəfov barəsində lazımi ölçü götürülsün. Biz heç kimdən heç nə istəmirik, öz haqqımızı tələb edirik. Ümid edirik ki, aidiyyəti qurumlar səsimizə səs verəcək və üzləşdiyimiz problemin həll olunması üçün əllərindən gələni edəcəklər». Mövzu ilə bağlı qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.(gundelik-baku.com)

 

ULUYOL.İNFO

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300