Şabran rayon ərazisində yerləşən Çıraqqala qalasına gedən yol Qalaaltı oteli tərəfindən zəbt olunub.

 

Bu barədə tanınmış naşir, "Qanun” nəşriyyatının sahibi Şahbaz Xuduoğlu məlumat verib.

 

O, öz instaqram səhifəsində bu söləri paylaşıb: "Hal-hazırda Qalaaltı otelinin qarşısındayam. Bildiyiniz kimi otel təzə istifadəyə verilib. Amma bundan öncə burada böyük bir yol var idi, bu yol bizi Qalaaltıdakı mineral suyu olan bulağa aparırdı. Sonra bulağın yanından da davam edib bizi Çıraqqalaya çıxarırdı. Təəssüflər olsun ki, bu gün bu oteli düz o yolun üstündə tikiblər, bulağı da mənimsəyiblər. Gələn camaata da icazə vermirlər ki, içəri girsinlər, deyirlər bağlıdır. Bulağın suyunu içmək istəyənləri də kənarlaşdırırlar, deyirlər ki, dərə aşağı gedin, orada su tökülür, o sudan için. Mən anlamıram ki, hansı yekəxana bu oteli yolun üstündə tikə bilər? Bu yol xalqın yoludur, bu su xalqın suyudur, yeraltı sərvətdir, xalqa məxsusdur”.

 

Qeyd edək ki, dəniz səviyyəsindən 1232 metr hündürlükdə yerləşən Çıraqqala Tarix-Memarlıq Qoruğu Şabran rayon mərkəzindən təxminən 25 km-də sıldırım qayanın zirvəsində yerləşir. 2003-cü ildə "Çıraqqala” tarixi abidələr kompleksinin bərpası və qorunması haqqında” prezident sərəncamı verilib. Sərəncama əsasən, Çıraqqala tarixi abidə kompleksi tarix-memarlıq qoruğu elan edilib.

 

Ümid edirik ki, aidiyyati qurumlar qoruğa gedən yolun bağlanmasına tez zamanda münasibət bildirəcəklər.//moderator.az


Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300