Myanmanın Arakan əyalətində buddistlərin müsəlman kəndlərinə hücumu, insanları vəhşicəsinə qətl etməsi dünya mediasının gündəmindən düşmür.Türkiyə başda olmaqla əhalisi müsəlman olan bir çox ölkələrin həm hökumət, həm də dini qurumları XXI əsrdə baş verən bu vəhşiliyə etiraz edir.
Bu prosesdə Qafqaz Müsəlmanları İdarəsinin susqunluğu açıq görünür. Bu suala aydınlır gətirmək üçün Gununsesi.info-nun əməkdaşı QMİ sədri, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə telefon əlaqəsi saxlayıb.
Sualımızı dinləyən Şeyx həzrətləri bir qədər susqunluqdan sonra bu barədə danışmaq imkanının olmadığını deyib.
"Mən indi məclisdəyəm, danışmaq imkanım yoxdur. Bizim idarənin mətbuat xidməti ilə əlaqə saxlasanız yaxşı olar” deyən Allahşükür Paşazadə telefonun dəstəyini asıb.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300