Amerika Milli Kosmik Agentliyinin (NASA) yerətrafı potensial təhlükəli obyektləri sistematik müşahidələrə başladığı dövrdən bu yana ilk dəfə müşahidə etdiyi ən böyük asteroid Yer kürəsinə yaxınlaşıb. Florens asteroidi bu gün, sentyabrın 1-də planetimizin minimal yaxınlığından - 7 milyon kilometr aralıdan keçib.

Şamaxı Astrofizika Rəsədxanasını elmi işçisi Vaqif Xəlilov APA-nın yerli bürosuna bildirib ki, indiyə qədər Yerə bundan da çox yaxınlaşan asteroidlər olub. Amma onların hamısının ölçüsü kiçik idi. Florens isə NASA-nın müşahidə etdiyi ən böyük obyektdir. Onun diametri 5 kilometrə çatır. Hesablamalara görə, Florens sonuncu dəfə 1890-cı ildə Yerə yaxınlaşıb. Onun özünü isə 1981-ci ildə kəşf ediblər. Asteroid Yerə birbaşa təhlükə yaratmır. Amma bu yaxınlaşma təbii kataklizmlərə səbəb ola bilər.

Qeyd edək ki, Florens asteriodinin növbəti dəfə planetimizə 40 ildən sonra yaxınlaşacağı gözlənilir.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300