ABŞ və İran arasında məhbus mübadiləsinə dair əldə olunan razılığa əsasən,  İran ABŞ-a casusluqda ittiham olunan Əmir Hikməti və  "Washington Post” qəzetinin Tehrandakı müxbiri Jason Rezaianı bu gün Evin həbsxanasından azadlığa buraxıb. APA-nın Tehran bürosunun məlumatına görə, bunu Tehran şəhər prokuroru Abbas Cəfəri Dövlətabadi deyib.

 

A.Cəfəri Dövlətabadi deyib ki,  İran Milli Təhlükəsizlik Şurasının qərarına əsasən, bu gün Evin həbsxanasında saxlanılan və ikili vətəndaşlığı olan 4 nəfər məhbusların mübadiləsi çərçivəsində azadlığa buraxılıb.

 

İranın Fars agentliyi məlumat verir ki, azadlığa buraxılan şəxslər ABŞ-a casusluqda ittiham olunan Əmir Hikməti, "Washington Post” qəzetinin Tehrandakı müxbiri Jason Rezaian,  milli təhlükəsizliyi pozmaqda ittihma olunan Nüsrətullah Xosrəvi Rudsəri, və iranlı keşiş Səid Abididir.

 

Məlumata görə, Amerikada həbsdə olan 7 iran vətəndaşı da bu gün azadlığa buraxılıb. Onlar  Nadir Medanlu, Bəhram Mekanik, Xosrov Əfqəhi, Arəş Qəhrəman , Turəc Fəridi, Nima Gülüstanə və Əli Sabunçidir.

 

Həmçinin İran və ABŞ arasında əldə olunmuş razılığa görə, ABŞ 14 İranlıya qarşı ekstradisiyası ilə bağlı məhkəmə qərarını ləğv edib.

 

Məlumatda həmçinin bildirilir ki, İran və ABŞ İranın iki bankına qarşı sanksiyanın ləğvi ilə bağlı da razılığa gəliblər.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300