On minlərlə amerikalı ABŞ prezidenti Donald Trampdan tələb edir ki, milyarder Corc Soros terrorçu elan olunsun. Onlar bununla bağlı petisiya imzalayıblar

Virtualaz.org RT-yə istinadən bildirir ki, sənəd Ağ Evin saytında yerləşdirilib.

İndiyədək bu tələbi 70 min nəfər dəstəkləyib. Amma onun Ağ Evdə müzakirəsi üçün 100 min imza tələb olunur.

"Corc Soros qəsdən və daimi əsasda stabilliyi pozmağa, Birləşmiş Ştatlara və onun vətəndaşlarına qarşı zorakılıq aktları etməyə çalışıb, o bu məqsədlə onlarla, hətta ehtimal ki, yüzlərlə təşkilat yaradıb və maliyyələşdirib, hansıların ki, hədəfi ABŞ-ın konstitusiya sisteminin dağılması üçün Alinskoqonun terror taktikasının modelini tətbiq etməkdir", — deyə petisiyanın mətnində deyilir.

Sənədi imzalayanlar həmçinin hökuməti milyarderin əmlakını və aktivlərini əlindən almağa çağırırlar.

Yeri gəlmişkən, Macarıstanın baş naziri Viktor Orban iyulda rumın şəhəri Beile-Tuşnaddakı universitetdə çıxış edərkən bildirmişdi ki, Sorosun tərəfdarları və "Brüssel bürokratları" miqrantların onun ölkəsinə və bütovlükdə Avropaya axınına imkan yaradırlar.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300