Qurban bayramı

Mərhəmətli, rəhmli Allahın adı ilə! "Bayram” dedikdə hər bir insan sevinir. Bütün normal insanlar bayramı səbirsizliklə gözləyir. Çünki, insan üçün keçmiş bayramlar xoş təəssüratlarlar və şirin xatirələrlə yadda qalır, gələcək bayramlarda isə xoş dəqiqələrə qovuşacağına ümid bəsləyir. Kim bilir, insan həyatı boyu nə qədər arzuolunmaz hadisələrlə üzləşir və ya onun iştirakçısına çevrilir. Bu isə onun ruhuna ağır zərbələr endirir. Məhz bayramda insan mənəvi və psixoloji durumunu gərginlikdən azad etməyə macal tapır. Əslində ibadətlə məşğul olan insanlar ibadətini bitirdikdən sonra o sevinci duyur və batinən mənəvi aramlıq əldə edirlər. Müqəddəs İslam dini digər sahələrdə olduğu kimi, bu məsələyə də etinasız deyil. İslam dini elə bir günü bayram hesab edir ki, o gün, insan ibadətini başa vursun. Bir ay oruc tutduqdan sonra "Fitr” bayramı olur. Həcc mövsümündə, həcc ziyarətinin bütün əməllərini, ibadət məqsədi ilə yerinə yetirdikdən sonra "Qurban” bayramı olur. Deməli, İslam dinində, ibadət olmadan heç bir gün rəsmi bayram sayılmır. Bütün bunlardan aydın olur ki, əslində bayram deyil, ibadət insanda pozitivlik yaradır və insan mənəvi və psixoloji aramlıq tapır. Qurani-Kərim: "O kəslər ki, Allaha iman gətirmiş və qəlbləri Allahı zikr etməklə aram tapmışdır. Bilin ki, qəlblər (möminlərin ürəkləri) yalnız Allahı zikr etməklə aram tapar!”(1)

"Qurban”, "Fitr” və "Qədir-Xum” bayramı islamın ən dəyərli bayramlarından hesab olunur.Amma burada nəzərə çarpacaq bir məqam da var. O da bundan ibarətdir ki, Qurban bayramı həcc bayramı deyil, Qurban bayramıdır. "Qurban” sözü Allah taalanın razılığını əldə etmək üçün və Ona yaxın olmaq üçün yerinə yetirilən ibadətlər mənasındadır. Eləcə də Fitr bayramı orucluq bayramı deyil, Fitr bayramıdır. Bir ay oruc tutaraq ibadət etdikdən sonra fitr bayramı olur. Bu iki bayramın müştərək xüsusiyyətləri vardır. O da xalqa xidmət etmək, ehtiyaclı insanlara əl tutmaq, ac insanları doyurmaq, və sair ictimai işlərdir. Bu xeyirxah əməllər isə hər iki bayramda reallaşır. Qurban bayramında qurban kəsiliib, onun əti ehtiyaclı şəxslərə paylanır. Fitr bayramında isə Fitrə-zəkatı xalq arasında yardıma ehtiyaclı şəxslərə verilir.

Din əsasən iki sualı öyrənib araşdırma aparmaq və tədqiqat etmək mənasındadır: Tövhid nədir? Müvəhhid (təkAllahlı) kimdir? Hər iki sualın cavabını "Qədir-Xum”-da tapmaq olar. Tövhidi bilmək və təkAllahlı olmaq isə ibadətlərin ən üstünüdür. "Bayram” ilə "ibadətin” sıx əlaqəli olmasını digər aspektdən də isbatlamaq mümkündür. Belə ki, "Allaha üsyan-günah edilməyən hər gün bayram sayılır”(2)

كُلُ يَوْمٍ لَا تَعْصِي اللَّهَ فِيهِ فَهُوَ يَوْمُ عِيد

Günah olunmayan hər gün bayram sayılırsa ibadət edilən günlərin bayram hesab olunmasında şək-şübhə etməməliyik.

Beləliklə, aydın oldu ki, hər üç bayramın özünəməxsus ibadətləri var. Məhz bu səbəbdən, yəni ibadətləri olduğuna görə bayram sayılır. Namaz dinin sütunudur. Həmçinin "xalqın rifahı üçün çalışmaq” da dinin sütunudur. Üstəlik namazdan da çox təkidlə (israrla) tapşırılıb. Həzrət Əli (ə) çox dəyərli Nəhcül-bəlağə kitabında Malik Əştərə, həmçinin Misir xalqına ünvanladığı məktubda bu məsələni xüsusi olaraq israrla vurğulamışdır: "…Dinin sütunu, müsəlmanların kütləvi birliyi və düşmənlər müqabilində (onların hücumlarının qarşısını almağa) hazır olan xalqın ümumi hissəsidir. Buna görə də gərək onlarla birgə olasan və meyl və rəğbətin onlarla olsun…” (3)

إنّما عماد الدّين و جماع المسلمين و العدّة للأعداء العامّة من الأمّة…

Xalqa xidmətetmə, xalqın rifahını, təhlükəsizliyini təmin etmək və ehtiyaclarını ödəmək dini ədəbiyyatda da öz əksini tapmışdır. Hədislərdə xalq üçün çalışan insanlara çox böyük savab vəd edilmişdir. Məsumlardan bu barədə nurlu sözlər çöxdur. Burada o hədislərin məzmununa işərə edirik: Mömin qardaşın ehtiyaclarını təmin etmək, doqquz min il oruc və ibadətə (4), on dəfə kəbəni "təvaf” etməyə (5), min həccə (6), kəbədə tutulan iki ay oruc və "etikaf” ibadətinə (7), iyirmi həcc və yüz min nəfər insana ehsan etməyə (8) bərabərdir.

Qeydlər: 1-"Rəd” surəsi, 28-ci ayə. 2- "Vəsailuş-şiə”, c 10, səh: 398. 3- "Nəhcul-bəlağə”, 53-cü məktub. 4- "Fəqih”, c 2, səh: 190. 5- "Kafi”, c 2, səh: 194. 6- "Əmali”, səh: 238. 7- "Kafi”, c 2, səh: 198. 8- "Kafi”, c 2, səh: 193.

İlahiyyatçı-yazar: Şəhriyar Əliyev

 

Uluyol.info

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300