Norveç Xarici İşlər Nazirliyi "Turan" agentliyinin ətrafında yaranmış vəziyyətlə bağlı narahatlığını bildirib.

"İnformasiya agentliyinin ətrafında yaranmış vəziyyətdən, ümumilikdə Azərbaycanda mətbuat azadlığının vəziyyətindən çox narahatıq", Norveç XİN-in Twitter səhifəsində dərc olunan məlumatda deyilir.

"Turan"a qarşı cinayət araşdırması çərçivəsində agentliyin direktoru Mehman Əliyev həbs edilib, agentliyin bank hesabları dondurulub. Bu səbəbdən agentlik sentyabrın 1-dən öz fəaliyyətini dayandırdığını bəyan edib.

Mehman Əliyev avqustun 24-də saxlanılıb. Növbəti gün ona qarşı CM-in 213.1 (vergi ödəməkdən yayınma), 308.1 (vəzifə səlahiyyətindən sui-istifadə) və 192.2.2 (qanunsuz sahibkarlıq) maddələri ilə ittiham irəli sürülüb.

Məhkəmə onun barəsində noyabrın 7-dək həbs qətimkan tədbiri seçib. M.Əliyev bütün ittihamları rədd edərək onları siyasi motivli adlandırıb.

Beynəlxalq təşkilatlar M.Əliyevin həbsini pisləyib və onun dərhal azadlığa buraxılmasına çağırıblar.

ABŞ Dövlət Departamenti də M.Əliyevin dərhal azadlığa buraxılmasına çağırıb.

Fransa və Böyük Britaniya XİN-ləri M.Əliyevin həbsindən narahat olduqlarını bildirib və Azərbaycan hakimiyyətini insan hüquqları sahəsində öz beynəlxalq öhdəliklərinə əməl etməyə çağırıb ("Amerikanın səsi").

 

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300