Hakim vəkilin heç bir vəsatətini təmin etməyib

 

Avqustun 28-də Bakı Apelyasiya Məhkəməsində "Jam.az" saytının rəhbəri, jurnalist Fikrət Fərəməzoğlunun 7 il azadlıqdan məhrum edilməsi haqda hökmdən verilən apelyasiya şikayəti üzrə məhkəmə başlayıb.

 

Meydan TV-nin məlumatına görə, ilkin baxış iclasında anket məlumatları dəqiqləşdirilib. İclasda vəkil Elçin Sadıqov müvəkkilinin yanında əyləşməsi, əlavə şahidlərin dindirilməsi ilə bağlı bir sıra vəsatətlər verib. Məhkəmə vəsatətləri təmin etməyib. Prosesin baxış iclası sentyabrın 11-nə təyin edilib

 

Şikayəti vəkil Elçin Sadıqov və Cavad Cavadlı verib. Onlar F.Fərəməzoğlu barəsində bəraət hökmünün çıxarılmasını istəyirlər.

 

Fikrət Fərəməzoğlu Cinayət Məcəlləsinin 182-ci maddəsilə ittiham olunur. O, müxtəlif restoran, iaşə obyektlərinin sahiblərindən hədə-qorxu ilə pul tələb etməkdə suçlanır. Amma jurnalist ittihamı qəbul etmir, "restoran", "masaj salonu" adı altında fəaliyyət göstərən əxlaqsızlıq yuvalarını ifşa etdiyinə görə sifarişlə həbs olunduğunu bildirir.

 

İyunun 14-də jurnalist 7 il azadlıqdan məhrum edilib.

 

F.Fərəməzoğlu 10 il öncə də cinayət məsuliyyətinə cəlb edilib. Həmin vaxt daxili işlər naziri Ramil Usubov şərəf və ləyaqətini ləkələdiyi üçün jurnalisti məhkəməyə vermişdi. Nəticədə jurnalistə bir il şərti həbs cəzası kəsilmişdi.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300