Nahid Emiloğlu: "Rafet El Roman pulu geri vermir”

"Türk müğənnisi Rafet El Romanın 29 dekabr 2015-ci ildə baş tutmalı olan konsertinə 2 bilet almışdım. Hər birinin dəyəri 40 manat. Konsert baş tutmadı. Bildirdilər ki, pulları yanvarın 5-də qaytaracaqlar. Ancaq o gündən heç kiminlə əlaqə saxlaya bilmirik. Biletin üzərində qeyd olunan nömrəyə (051-845-00-00) isə cavab verən yoxdur. Polis də bu işə qarışmaq istəmir, deyirlər, məhkəməyə müraciət edin”.

Bu sözləri Meydan TV-yə Nihad Ağayev adlı Bakı sakini deyib.

Nahid Emiloğlunun hazırda Türkiyədə olduğu deyilsə də, Müsavat.com məsələyə onun münasibətini öyrənə bilib. Saytın yazdığından bəlli olur ki, bu problemlə üzləşən təkcə Nihad Ağayev deyil. Belə ki, digər şikayətçilər də təşkilatçı Nahid Emiloğlunun onların pullarını qaytarmadığını bildirərək, onu dələduzluqda ittiham ediblər.

N.Emiloğlu isə deyilənlərlə razılaşmayıb:

"Neçə ildir ki, bu cür hadisə başıma gəlir. Bilirəm ki, haqqımda yayılan xəbərlər qərəzli şəkildə yazılır. Adı bəlli olmayan, sadəcə 40 manata bilet aldığını deyən birinin fikirlərini yaymaq nə dərəcədə düzdür? Məsələ tamam fərqlidir. ATV, ANS kimi telekanalların radiolarına konsertə bilet dəvətnamə şəklində verilib və keçirilən oyunlar zamanı tamaşaçıya hədiyyə edilib. Radiolara 50 dəvətnamə verilib. O tamaşaçılar indi dələduzluq edirlər, udduqları dəvətnamənin pulunu istəyirlər. Bilet alanların ad-soyadı, telefon və oturacaq nömrəsi bizdə var. O şəxslərin pulları qaytarılır. Dəvətnamə qazananların isə adları siyahıda yoxdu. Dəvətnamə olaraq radiolara verdiyimiz  biletlərin nömrələri var. Dəvətnamə alan şəxslər gəlib işçimizə deyir ki, "40 manatlıq biletdir, 20 manat ver gedim". Dekabrın 29-u baş tutmalı olan konsert dolların məzənnəsinin qalxması ilə əlaqədar ayın 26-sı təxirə salınıb. Tək Rafetin qonorarında 24 min manat  fərq edirdi. 100 manata bilet satıramsa, müğənniyə 24 min necə verim? Tamaşaçının da, mənim də ailəm var. Mən də ailəmi dolandırmaq üçün yaşayıram. 15 ildir konsert təşkil edirəm. Satılan biletlərin pulunu birbaşa müğənninin bank hesabına köçürürük. Konserti mən təxirə salmışam. Əvvəldən müqavilə bağlanıb, bizdəki məzənnə dəyişikliyinin türk müğənniyə aidiyyatı yoxdur. O, aldığı qonorarı geri qaytarmır. Biz pulu mart ayında köçürmüşük. Rafet pulu qaytarmalıdır ki, biz də insanların pulunu ödəyək. Bilet satışından əldə edilən məbləğ cəmi 2100 manatdır. 2100 manatın yarısını geri qaytarmışam. 50 faizini isə pul gəldikcə, qaytaracağam".

N.Emiloğlunun "Adı bəlli olmayan, sadəcə 40 manata bilet aldığını deyən birinin fikirlərini yaymaq nə dərəcədə düzdür?” fikrinə gəlincə, Nihad Ağayev adının bəlli olduğunu deyib və aldığı biletləri Meydan TV-yə təqdim edib. 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300