Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Apasport.az saytının məlumatına görə, yığıncaqda Azərbaycan
Premyer Liqasının III turunda baş verənlər müzakirə olunub.
"Neftçi” – "Kəpəz” matçında 4 futbolçusu sarı vərəqə ilə cəzalanan meydan
sahibləri 800 manat cərimə olunub.
"İnter” – "Səbail” matçının 63-cü dəqiqəsində meydan sahiblərini azlıqda qoyan
Tərlan Quliyevin ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırılması 1
oyunluq cəza ilə nəticələnib. Paytaxt klubu 200 manat ziyana düşüb.
"Qarabağ” – "Qəbələ” matçının 69-cu dəqiqəsində meydan sahiblərinin azarkeşləri
tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün Ağdam klubu 1600 manat cərimələnib.