ABŞ-da tarixi döyüş: Floyd Meyuezer Konor Makqreqoru nokauta saldı

 

ABŞ-ın Las-Veqas şəhərində tarixi boks döyüşlərindən biri keçirilib.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, 5 çəki dərəcəsində amerikalı keçmiş dünya çempionu kiçik Floyd Meyvezer MMA döyüşçüsü və UFC çempionu, irlandiyalı Konor Makqreqorla qarşılaşıb.

F.Meyuezer K.Makqreqoru 10-cu raundda nokautla məğlub edib.

K.Makqreqora qalib gəlmək üçün oyuna səbirlə başlayan və son üç raundda üstünlüyü tamamilə ələ alan F.Meyuezer qarşılaşmadan sonra seçdiyi taktika barədə danışarkən deyib: "İlk üç raundda rəqibin döyüş tərzini anlamağa çalışdım. UFC döyüşləri 25 dəqiqə davam etdiyi üçün həmin müddəti səbirlə gözlədim və o vaxtdan sonra Makqreqor yorulmağa başladı”.

Qeyd edək ki, bu, Konor Makqreqor üçün peşəkar rinqdə debüt qarşılaşması olub. Floyd Meyvezer isə karyerasında 50-ci qələbəsini qazanaraq, əfsanəvi Rokki Marçianonun rekordunu keçib. Makqreqor üzərində qələbədən sonra Meyvezer karyerasını bitdiyini elan edib.

Daha bir maraqlı məqam. Dünya Boks Şurasının bu mühüm qarşılaşmanın qalibi üçün hazırladığı kəmər də bokssevərlər və idman mətbuatı üçün uzun müddətdir diqqət mərkəzində idi. Çünki "Pul kəməri” (Money belt) adlandırılan kəmərin hazırlanmasında 3360 almaz, 600 sapfir, 300 zümrüd və 1,5 kiloqram ağırlığında qızıldan istifadə olunub.

Sonda onu da qeyd edək ki, qalib 300 milyon dollarlıq mükafat əldə edib. Konor Makqreqor isə məğlub olmasına baxmayaraq, 100 milyon dollar alıb.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300