Əhali bu dəfə həbs olunanlara etiraz edir

Yanvarın 16-da Ağcabədidə yenidən etiraz aksiyası başlayıb. Hadisə yerində olan rayon sakininin verdiyi məlumata görə, aksiya yenə məcburi köçkünlərin yaşadığı ərazidədir: "O gün 3 nəfər intihar məqsədilə binanın üstünə çıxanda hamı yığışıb işsizliyə, bahalığa etiraz etdi. Onda polislər, şəhər rəhbərliyindən nümayəndələr gəlib dedilər ki, iş veriləcək, qiymətlər düşəcək. Camaat da dağılışmışdı. Həmin aksiyada sözünü deyən şəxslərin hamısını tutub salıblar içəri. Ona görə əhali yenidən ayağa qalxıb”.

Rayon sakinin sözlərinə görə, artıq rayon əhalisindən də aksiyaya dəstək var.

Yanvarın 13-də Ağcabədi rayonunda etiraz aksiyası keçirilib. Həmin bölgədən deputat seçilən Aqil Abbas isə Azadlıq Radiosuna bildirmişdi ki, yanvarın 15-də Ağcabədi rayon İcra Hakimiyyətində əhali ilə görüş keçirilib və problemlər öz həllini tapıb, ərazidə sakitlikdir.(meydan. tv)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300