Главная > Siyasət > Rusiya ABŞ diplomatlarını ölkədən qovur

Rusiya ABŞ diplomatlarını ölkədən qovur


28-07-2017, 14:42.

ABŞ-ın Rusiya əleyhinə sanksiyaları qəbul etməsindən sonra Rusiya höküməti də qarşılıq verməyə hazırlaşır.

"Qaynarinfo" "Reuters"ə istinadən xəbər verir ki, Rusiya sentyabrın 1-dən etibarən ölkədəki ABŞ-lı diplomatların sayını azaldaraq 455-ə endirəcək. Bu barədə rəsmi Vaşinqtona xəbərdarlıq edilib. Bundan əlavə, diplomatların bəzi mülklərdən istifadəsinə də məhdudiyyətlər tətbiq ediləcək.

Qeyd edək ki, Barak Obama dövründə 35 rusiyalı diplomat ABŞ-dan xaric edilmiş, lakin rəsmi Moskva buna heç bir reaksiya verməmişdi.

Hazırkı ABŞ prezidenti Donald Trampın etirazına baxmayaraq, Rusiya əleyhinə qanunlar ABŞ senatı tərəfindən qəbul edilib.

Gülşən, qaynarinfo

 


Вернуться назад