Главная > Media > Fotokameralarını kənara qoyub, yaralıları daşıdılar - FOTOLAR

Fotokameralarını kənara qoyub, yaralıları daşıdılar - FOTOLAR


19-04-2017, 18:17.

Suriyanın Hələb şəhərinin Raşidin rayonunda təxliyə avtobusları yaxınlığında törədilmiş terror ilə bağlı yeni görüntülər ortaya çıxıb.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, görüntülərdə suriyalı müharibə foto-reportyoru Abd Alkader Habanın kamerasını kənara qoyub, yaralılara kömək etdiyi əks olunub. O, ağlaya-ağlaya uşaqları ambulanslara daşıyıb.

"Uşaqlar gözümün qarşısında ölürdü. Kameralarımızı buraxıb, həmkarlarımla köməyə qaçdıq. Orada yaşadıqlarımız sözlərlə təsvir edilə biləcək kimi deyil”,- deyə Haba bildirib.

Qeyd edək ki, hadisə nəticəsində 68 nəfərii uşaq olmaqla, 126 nəfər həlak olub.

Könül, musavat.com

 


Вернуться назад