Главная > Region > Başçı oğlunun "aristokrat" həyatı
Başçı oğlunun "aristokrat" həyatı3-03-2017, 11:08. |
Prokurorluq sistemində çalışan Məhəmməd Hacıyev davaya meylli birisi kimi ad çıxarıb Cəmiyyətdə özünü apara bilməyən məmur uşaqlarının sayı xeylidir. Qeyd edək ki, prezident İlham Əliyev yerli və mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri ilə keçirdiyi görüşlərin bir çoxunda bu məsələyə toxunub və cəmiyyətdə özünü apara bilməyən məmur övladlarına xəbərdarlıq edib. Təəssüf hissi ilə vurğulamaq istəyirik ki, ölkə başçısının xəbərdarlığına baxmayaraq, hələ də bəzi məmurların övladları qanundan kənar işlərlə məşğul olurlar. Məlumata görə, İmişli Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Vilyam Hacıyevin
oğlu Məhəmməd Hacıyev də cəmiyyətdə özünü normal apara bilmir. Prokurorluq
orqanında çalışan oğul Hacıyev bahalı həyat tərzini xoşlayır və atasının
qazandığı pullarla demək olar ki, bütün günü kef çəkir. Araşdırmalar nəticəsində o da məlum olub ki, icra hakiminin oğlu həm də bahalı
maşın kolleksiyasına sahibdir. Məhəmməd Hacıyevin avtomobil kolleksiyasına
10-PP-369 dövlət nömrə nişanlı «Bentley», «Land Rover», 90 AA 369 dövlət nömrə
nişanlı «Mercedes S class», həmçinin son model «Mercedes Galendevagen»
daxildir. Вернуться назад |