Главная > Cəmiyyət > Həbsdə olan jurnalist: “Bu son deyil, başlanğıcdır"...

Həbsdə olan jurnalist: “Bu son deyil, başlanğıcdır"...


3-03-2017, 00:47.

Cəlilabadda yerli məmurlar tərəfindən şərlənərək həbs olunmuş jurnalist, AZEL.TV saytının rəhbəri Əfqan Sadıqov həbsxanadan müraciət göndərib.

Müraciətdə deyilir:
"Bizim sözümüzün heç vaxt sonu olmayacaq. Bu son deyil, başlanğıcdır. Sözümüz mübarizəmiz indi, hələ yeni başlayır.
Hamı bilir ki, indi polis, prokurorluq, məhkəmə şərə xidmət edir, sifarişlə işləyir.
Biz həmişə, hər addımbaşında haqları əllərindən alınan, hüquqları tapdanan insanlarımızın yanında olacayıq, ölümdən, həbsdən çəkinmədən əzilən vətəndaşlarımızın yanında olacayıq.
Heç bir zaman cinayətkar, saxtakar, quldur, qatil, insanlara torba tikən, Allahsız, qaniçən məmurlarla barışmayacağıq, onların bu əməllərinə göz yummayacağıq. Onlar unudurlar ki, kişilik, ləyaqət, insanlıq nə əllərində tutduqları möhürdə, nə də qanunsuz və haram yolla qazandıqları o pullardadır.

SORUŞSANIZ Kİ, PEŞMANAM???

Peşmanam, ona görə ki, gərək daha əvvəllər bu mübarizəyə başlayıb, məmurları daha kəskin tənqid edəydim.
Bütün dostlarıma məni müdafiə edən insanlara salamımı və təşəkkürümü göndərirəm..
Hər zaman həqiqət tərəfdarı olan, mərd, mübariz insana, vəkilim Elçin Sadıqov və Hüquq müdafiəçisi Oktay Gülalılyevə təşəkkür edirəm!
Həmişə öz yazısı, nəfəsilə Cəlilabad məmurlarını vəlvələyə salan CƏLİLABADIMIZ səhifəsinə və onun admini, dostuma, qardaşıma, P.S.NOTA Sərdar Əlibəyli qardaşıma, AZADLIQ Radiosuna, MEYDAN-TV kollektevinə, KRİMİNAL.AZ və REPORTYOR.ORG saytlarına, KANAL-13-ə, "Azərbaycan saatı”-na-Qənimət Zahidə təşəkkür edirəm!

Dostlarım, məni dəstəkləyən insanlar, adlarını yaza bilmədiklərim, dəstəyiniz üçün bir daha təsəkkür edirəm!”

 

Uluyol.info

 


Вернуться назад