Главная > Türk Dünyası / Aktual > Təbrizlilər Hələbə görə ayağa qalxdı – İran kanalı yayımı kəsdi

Təbrizlilər Hələbə görə ayağa qalxdı – İran kanalı yayımı kəsdi


17-12-2016, 13:39.

İranın Xuzistan ostanının Əhvaz şəhərində Hələbdə baş verən qətliamlara etiraz aksiyası keçirilib.

Uluyol.info Qaynafinfo.Az saytına istinadən məlumat verir ki, aksiya Əl-Qadir stadionunda keçirilən futbol müsabiqəsi zamanı baş tutub. Əhvazlı azarkeşlər "Hələb yox olur”, "Ey Hələb, hamımız səninləyik”, "Əsəd, Suriyadan rədd ol” şüarları səsləndiriblər.

İran dövlət televiziyası isə "Traktor Sazi”- "Sepahan” matçının canlı yayımını kəsib. Buna səbəb təbrizli azarkeşlərin Türkiyə lehinə səsləndirdiyi şüarlar olub.

 


Вернуться назад