Главная > Təhsil > Buraxılış və qəbul imtahanları birləşdiriləcək? — Açıqlama
Buraxılış və qəbul imtahanları birləşdiriləcək? — Açıqlama19-11-2016, 16:22. |
Buraxılış və qəbul imtahanı 20 ildir, müzakirə mövzusudur. Nədənsə hamı çalışır ki, təhsil sistemində olan problemlərin hamısını yalnız imtahan vasitəsilə həll olunsun. Amma bu, mümkün deyil. Uluyol.info APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, buraxılış imtahanı tədrisdəki dəyişikliklərə uyğun olaraq dəyişilir. 9 il əvvəl şagirdlərin məktəblərdə yeni kurrikuluma keçdiyini xatırladan M. Abbaszadə vurğulayıb ki, yeni tələblərə əsasən, uşaqların bilik və bacarığının ölçülməsi həyata keçirilməlidir. Вернуться назад |