Buraxılış və qəbul imtahanı 20 ildir, müzakirə mövzusudur. Nədənsə hamı çalışır ki, təhsil sistemində olan problemlərin hamısını yalnız imtahan vasitəsilə həll olunsun. Amma bu, mümkün deyil.

Uluyol.info APA-ya istinadən xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib. Onun sözlərinə görə, buraxılış imtahanı tədrisdəki dəyişikliklərə uyğun olaraq dəyişilir. 9 il əvvəl şagirdlərin məktəblərdə yeni kurrikuluma keçdiyini xatırladan M. Abbaszadə vurğulayıb ki, yeni tələblərə əsasən, uşaqların bilik və bacarığının ölçülməsi həyata keçirilməlidir.

Sədr qeyd edib ki, artıq orta ixtisas məktəblərinə və texnikumlara qəbulu abituriyentin buraxılış imtahanının (3 fəndən - ana dili, riyaziyyat və xarici dil) nəticəsinə əsasən, həyata keçir: 

"İkincisi, qabiliyyət tələb edən ixtisaslara qəbul üçün abituriyentlər yalnız buraxılış imtahanı, sonradan qabiliyyət imtahanı verməlidirlər. Ancaq elə ixtisaslar var ki, abituriyent yalnız 3 fəndən imtahan verərək müsabiqədə iştirak edə bilməz. Bunun üçün yavaş-yavaş buraxılış imtahanlarında fənlərin sayı artmalıdır. Deməli, vahid imtahana keçmək üçün həm fənlərin sayı artmalı, həm də imtahanın forma-modeli dəyişməlidir. Çünki məktəblərdə artıq yeni kurrikulum tətbiq olunur. Buraxılış və qəbul imtahanlarının nə zaman birləşəcəyini demək çətindir. Çünki builki IX sinfin buraxılış imtahanlarının nəticəsinə görə araşdırma aparılacaq. Yalnız bundan sonra biz bununla bağlı hansısa dəqiq fikir söyləyə biləcəyik”.

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300