Главная > Mədəniyyət > Təkliyin ahı..

Təkliyin ahı..


21-10-2016, 16:14.


 Nikbin Qasımlı


 

Hər kəsin həyatında bir şeylər əksik olur, həmişə

eynən,

bir əldə olan beş barmağın arası kimi...

 

Hansı ki, o əksiklik,
təkliklə cütlüyün birgə həsrətinin rəmzidir,
eynən,
sonsuzluğa məhkum olmuş  ümman kimi...

 


Mənə əzab verir, həmişə

iki gözlə səni sevmək cəhdim,

kaş, gözlərim çox olaydı.

Məni çox utandırır, həmişə 

hər gün,
sənsizliyin ahəngindən  yaranan səssizliyə,
diqqətlə,
qulaq asmaq adətim ... 

kaş, olmayaydı.

 


Bilirəm, ürəyim dözmür  artıq;
özüm bezdirmişəm ürəyimi
ölənədək sevmək,
sadiq qalmaq hünərindən,
elə,
sən yoxsan deyə,
mən usanmışam, -  mənim kimi beləsindən...

 



Вернуться назад