Главная > Ümumi > REAL-çıların şikayəti təmin olunmadı

REAL-çıların şikayəti təmin olunmadı


30-08-2016, 18:49.
REAL-çıların şikayəti təmin olunmadı
REAL hərəkatının İdarə Heyətinin üzvü Azər Qasımlının Arqument.Az-a verdiyi məlumata görə, bu gün REAL hərəkatının  iki üzvü- Toğrul İsmayıl və Elşən Qasımovun Apelyasiya şikayəti üzrə məhkəmə prosesi  keçirilib. 

Hər iki gəncin şikayəti təmin olunmayıb. 

Bundan sonra hər iki şəxsin şikayəti  Avropa  İnsan Hüquqları Məhkəməsinə göndəriləcək.  

Toğrul İsmayıl və Elşən Qasımov  avqustun 16-da  İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi (polisə tabe olmama) ilə ittiham olunaraq Səbael rayon məhkəməsinin qərarı ilə 7 sutka azadlıqdan məhrum edilmişdi. 


Вернуться назад