Главная > Ümumi > Mustafa Hacıbəyli sərbəst buraxıldı

Mustafa Hacıbəyli sərbəst buraxıldı


21-11-2015, 21:48.
mustafa hacibeyli
 
Bu gün Müsavatın Məclis üzvü və "Basta” xəbər saytının redaktoru Mustafa Hacıbəyli polisə çağırılıb.
 
   Bu haqda məlumat verən M.Hacıbəyli bildirib ki, o, Müsavat başqanının müavini Elman Fəttahla birgə Binəqədi polis idarəsinin 5-ci bölməsinə gedib.
      Gözlənildiyi kimi, çağırış Mustafa Hacıbəylinin internetdəki fəaliyyəti ilə bağlı olub: "Konkret olaraq devalvasiya etiraz çağırışının dövlətçiliyə qarşı olduğunu dedilər. Hakimiyyətin daxili və xarici siyasətini təriflədilər və mənə xəbərdarlıq etdilər”.

Вернуться назад