Главная > İdman > Avro-2016. Macarıstan Avstriyanı məğlub etdi 2-0

Avro-2016. Macarıstan Avstriyanı məğlub etdi 2-0


14-06-2016, 21:12.
Avro-2016. Macarıstan Avstriyanı məğlub etdi 2-0
 
Fransada keçirilən futbol üzrə Avropa çempionatında "F" qrupunun ilk oyunu keçirilib.

Macarıstan və Avstriya milli yığmaları arasında keçirilən görüşdən macarlar qələbə ilə ayrılıblar 2-0.

Macarıstan millisi hər iki qolu ikinci hissədə vurub.  İlk olaraq 63-cü dəqiqədə Adam Szalai, ardınca isə 87-ci dəqiqədə Zoltan Stieber fərqlənib.

Qeyd edək ki, oyunu fransız Kement Türpen idarə edib.

Hər iki millinin yer aldığı "F” qrupunda növbəti oyun Bakı vaxtı ilə 23:00-da Portuqaliya və İslandiya yığmaları arasında keçiriləcək.

Вернуться назад