Главная > Mənəviyyat > ELMI-LADUN NƏDIR? Və yaxud PEYĞƏMBƏRLƏR CƏMİYYƏTİN TRANSFORMATORU FUNKSİYASINI YERİNƏ YETİRİRLƏR
ELMI-LADUN NƏDIR? Və yaxud PEYĞƏMBƏRLƏR CƏMİYYƏTİN TRANSFORMATORU FUNKSİYASINI YERİNƏ YETİRİRLƏR17-10-2015, 17:54. |
Yəqin oxucuları maraqlandıran ilk sual elmi-ladunun nə olmasıdır. Nəzərinizə çatdırım ki, ladun sözü ərəbcə dərin qat mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtikən peyğəmbərlər, sufilər bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar. Bu gün mən bu elmlə Qurandan nə isə bir hikmət üzə çıxarıb, şərh edə bilirəmsə, bu Allahın öz fəqir quluna olan lütfüdür. Bu yazıda siz elmi-ladun nümunələri olan hikmətlərlə tanış olacaqsınız. Bildiyimiz kimi kainat fizikanın qanunları ilə idarə olunur. Yəni İlahi sistemdə enerjinin paylanması ilə, fizikada enerjinin paylanması qanunları üst-üstə düşür. Məsələn, Quranda 36-cı surə YA SİN adlanır. İlyas Peyğəmbərə müraciətlə Quranda "İlyasin” deyilməsi, bu sözün "kamil insan”, "Peyğəmbər” sözünün sinonimi olduğunu deməyə əsas verir. Bildiyimiz kimi peyğəmbərlər Allah-təala ilə bəndələri arasında enerji ötürücüsü funksiyasını yerinə yetirirlər. Fizikada isə bu funksiyanı transformatorla İndi onlar arasında olan riyazi oxşarlıqlara nəzər salaq: Kamil insanın anatomik quruluşunda 5 duyğu üzvü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə vardır və gündə 5 dəfə ibadət edir. Sadaladığım 5 amili özündə cəmləşdirən kamil insanın Qurandakı rəmzi 36-dır (YA SIN). Maraqlıdır ki, transformatorda Bildiyimiz kimi Peyğəmbərin qəbul etdiyi enerji (vəhy) gizli səs, siqnal formasında olur. O bu siqnalı sözə ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də, hamısını deyil, onların şüuru səviyyəsində (həzm edə biləcəyi qədər), ötürür. Maraqlıdır ki, transformatorun Bildiyimiz kimi transformatorla Yüksəldici transformatorla İlahiyyat sistemində bunun misalı vəhy gətirən mələklərdir ki, adi insanların onlarla əlaqəsi nəinki mümkün deyildir, hətda uzaqdan belə onu görməsi ilə mələyin enerji və informasiya yükünə tab gətirə bilməzlər! (Xatırladım ki, Həzrət Cəbrayıl Peyğəmbərimizə çox vaxtı məhəllədən kənarda – Hira dağında nazil olardı.) Alçaldıcı transormatorlar İlahi sistemdə bunun misalı peyğəmbərlərdir İlahi sistemdə və fizikada enerjinin paylanmasındakı Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) daşıyıcısı olan insanın da üzərinə həkk olunmuşdur. Belə ki, hər bir insanın anatomik quruluşu 220 (!) sümüyün birləşməsindən yaranıb! Diqqətinizi başqa bir maraqlı məqama da çəlb etmək istəyirəm. Fiziklərdə belə bir haqlı sual yaranacaq ki, peyğəmbərlər də bioloji cəhətdən bizim kimi insanlar olduğu halda, niyə onlar mələyin informasiya və enerji yükünə tab gətirə bilir, başqa insanlar tab gətirə bilmir? Bu maraqlı sualın da cavabını yenə fizikanın qanunları ilə vermək mümkündür. Belə ki, adətən transformatorla Peyğəmbərlərdə də eynən bu cürdür – vəhy qəbul etməzdən öncə onların qəlbində genişlənmə prosesi gedir. Yəni, onların enerji və informasiya götürmə qabiliyyəti artırılır. Bu barədə Quranın "Açılıb genişlənmə” (94) surəsində belə deyilir: "Məgər biz sənin köksünü açıb genişləndirmədi Ariflərin nəzərinə bir işarə də çatdırım ki, öz üzərində bu cür proses getməyən (prosesi canlı yaşamayan) adam bu təhlili yaza bilməzdi. Qeyd: Mövzu ilə daha ətraflı Paşa Yaqubun "Xanım övliyalar” kitabından tanış ola bilərsiniz.
Paşa Yaqub
Вернуться назад |