oemer-uel-farukYəqin oxucuları maraqlandıran ilk sual elmi-ladunun nə olmasıdır. Nəzərinizə çatdırım ki, ladun sözü ərəbcə dərin qat mənasını verməklə, elmin dərin qatlarına işarədir. Bu, tək zəhmətlə (oxumaqla) əldə edilə bilməyən, həm də qəlbə gələn duyumla (hissiyyatla) qazanılan bilgidir. Vaxtikən peyğəmbərlər, sufilər bu cür elmə malik olublar və sirlər üzərindən pərdələri məhz bu elmlə qaldırıblar.
Bu gün mən bu elmlə Qurandan nə isə bir hikmət üzə çıxarıb, şərh edə bilirəmsə, bu Allahın öz fəqir quluna olan lütfüdür.
Bu yazıda siz elmi-ladun nümunələri olan hikmətlərlə tanış olacaqsınız.
Bildiyimiz kimi kainat fizikanın qanunları ilə idarə olunur. Yəni İlahi sistemdə enerjinin paylanması ilə, fizikada enerjinin paylanması qanunları üst-üstə düşür.
Məsələn, Quranda 36-cı surə YA SİN adlanır. İlyas Peyğəmbərə müraciətlə Quranda "İlyasin” deyilməsi, bu sözün "kamil insan”, "Peyğəmbər” sözünün sinonimi olduğunu deməyə əsas verir.
Bildiyimiz kimi peyğəmbərlər Allah-təala ilə bəndələri arasında enerji ötürücüsü funksiyasını yerinə yetirirlər. Fizikada isə bu funksiyanı transformatorla r yerinə yetirir.
İndi onlar arasında olan riyazi oxşarlıqlara nəzər salaq:
Kamil insanın anatomik quruluşunda 5 duyğu üzvü, 5 oma, 5 bel fəqərəsi; həmçinin baş-beyində 5 şöbə vardır və gündə 5 dəfə ibadət edir. Sadaladığım 5 amili özündə cəmləşdirən kamil insanın Qurandakı rəmzi 36-dır (YA SIN).
Maraqlıdır ki, transformatorda  da 5 vəziyyət olmaqla, hər vəziyyətdə 36 (!) sarğı olur.
Bildiyimiz kimi Peyğəmbərin qəbul etdiyi enerji (vəhy) gizli səs, siqnal formasında olur. O bu siqnalı sözə ÇEVİRMƏKLƏ insanlara çatdırır. Həm də, hamısını deyil, onların şüuru səviyyəsində (həzm edə biləcəyi qədər), ötürür.
Maraqlıdır ki, transformatorun  da iş prinsipi eynən bu cürdür. "Transformasiya ” ÇEVİRMƏ deməkdir və funksiyası mənbədən qəbul etdiyi yüksəkgərginlik li enerjini alçaqgərginlikl i enerjiyə (220) çevirib, mənsəbə (cihazlara) ötürməkdən ibarətdir.
Bildiyimiz kimi transformatorla r – yüksəldici və alçaldıcı olmaqla – iki qurupa bölünür.
Yüksəldici transformatorla rın vəzifəsi qəbul etdikləri enerjini artıraraq ötürməkdən ibarətdir. Onlara nəinki cihaz birləşdirmək, heç yaxınlaşmaq da mümkün deyildir. İnsanı məsafədən vurur. Onun üçün də belə transormatorlar  məhəllələrdən kənarda qoyulur və onlarla əlaqə alçaldıcı transformatorun vasitəsi ilə qurulur.
İlahiyyat sistemində bunun misalı vəhy gətirən mələklərdir ki, adi insanların onlarla əlaqəsi nəinki mümkün deyildir, hətda uzaqdan belə onu görməsi ilə mələyin enerji və informasiya yükünə tab gətirə bilməzlər! (Xatırladım ki, Həzrət Cəbrayıl Peyğəmbərimizə çox vaxtı məhəllədən kənarda – Hira dağında nazil olardı.)
Alçaldıcı transormatorlar  isə, məhəllə (oxu: cəmiyyət) daxilində yerləşdirilməkl ə, yuxarıda qeyd etdiyim kimi, qəbul etdiyi yüksəkgərginlik li enerjini azaldaraq, cihazların (oxu: insanların) tutumuna uyğun – 220-yə çevirərək, ötürürlər.
İlahi sistemdə bunun misalı peyğəmbərlərdir  ki, qəbul etdikləri vəhyin bir hissəsini özlərində saxlamaqla (informasiya yükünü azaltmaqla) insanların beyin tutumuna (şüur səviyyəsinə) uyğun olaraq, cəmiyyətə ötürürlər.
İlahi sistemdə və fizikada enerjinin paylanmasındakı  bənzərlik tək bunlardan ibarət deyildir. Belə ki, məişətimizdə istifadə etdiyimiz bütün cihazların üzərində bir qayda olaraq 220 ədədi həkk olunmuşdur.
Maraqlıdır ki, həmin 220 ədədi enerji (ruh) daşıyıcısı olan insanın da üzərinə həkk olunmuşdur. Belə ki, hər bir insanın anatomik quruluşu 220 (!) sümüyün birləşməsindən yaranıb!
Diqqətinizi başqa bir maraqlı məqama da çəlb etmək istəyirəm. Fiziklərdə belə bir haqlı sual yaranacaq ki, peyğəmbərlər də bioloji cəhətdən bizim kimi insanlar olduğu halda, niyə onlar mələyin informasiya və enerji yükünə tab gətirə bilir, başqa insanlar tab gətirə bilmir?
Bu maraqlı sualın da cavabını yenə fizikanın qanunları ilə vermək mümkündür. Belə ki, adətən transformatorla rın tutumunu artırmaq üçün onu açıb, içindəki sarğıları artırmaqla (genişləndirmək lə) buna nail olurlar.
Peyğəmbərlərdə də eynən bu cürdür – vəhy qəbul etməzdən öncə onların qəlbində genişlənmə prosesi gedir. Yəni, onların enerji və informasiya götürmə qabiliyyəti artırılır. Bu barədə Quranın "Açılıb genişlənmə” (94) surəsində belə deyilir:
"Məgər biz sənin köksünü açıb genişləndirmədi kmi?!” Quran, 94:1.
Ariflərin nəzərinə bir işarə də çatdırım ki, öz üzərində bu cür proses getməyən (prosesi canlı yaşamayan) adam bu təhlili yaza bilməzdi.
Qeyd: Mövzu ilə daha ətraflı Paşa Yaqubun "Xanım övliyalar” kitabından tanış ola bilərsiniz.

 

 
Paşa Yaqub

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300