Главная > Ölkə > İŞİD-in qadın batalyonu ələ keçdi

İŞİD-in qadın batalyonu ələ keçdi


31-03-2016, 21:05.
İŞİD-in qadın batalyonu ələ keçdi
Tunisin güc strukturları İraq-Şam İslam Dövləti (İŞİD) terror qruplaşmasının qadın batalyonunun fəaliyyətinin qarşısını alıb.

Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu batalyonun fəalları gənc yerli sakinləri terrorçu kimi qruplaşmaya cəlb ediblər.

İŞİD-in qadın batalyonunun fəallarının saxlanılması üçün əməliyyat martın 30-da axşam saatlarında Sidi-Bu-Zid regionunda keçirilib. Regional İstintaq Deparamentinin rəisi deyib ki, əməliyyatda milli qvardiyanın döyüşçüləri iştirak ediblər.

Saxlanılan qızların 22-25 yaş arasında olduqları bildirilir. Onlar fəaliyyətə başlamazdan əvvəl İŞİD-ə sədaqət andı içiblər. Onlar İŞİD-ə tərəfdar toplamaqla yanaşı, terrorçuların ideologiyasını da təbliğ ediblər..

Вернуться назад