Deputatın biznesi:Donuz, dəvəquşu ferması - SİYAHI
78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədov
bir neçə gündür kütləvi informasiya vasitələrinin diqqətindədir.
Uluyol.az xəbər verir ki, vergi əməkdaşlarını döydürməkdə adı keçən İqbal Məmmədovun
sosial şəbəkələrdə mülklərinin siyahısı dərc olunmaqdadır. İddialara görə İqbal
Məmmədovun mülklərinin siyahısı aşağıdakı kimidir:
1. "Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).
2. "Relax” şirkətlər qrupu (Lerikdə "Relax" İstirahət Mərkəzi də bura
daxildir).
3. Şamaxı rayon, Göylər kəndinin yaxınlığında ferma.
4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.
5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.
6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil.
7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.
8. Yanğınsöndürmə balonlarının biznesi ("Azərtürkmm" şirkəti).
9. Tibbi yardım çantalarının ("apteçka") biznesi (Azərtürkmm"
şirkəti).
10. Lerik rayonunda donuz ferması.
11. Lerik rayonunda dəvəquşu ferması.
12. "Piran broyler" şirkəti (qardaşı Çingiz Məmmədov idarə edir).
13. Piran kənində şeben və kərpic fabrikləri.
14. Şüvəlan və Novxanıda villa.
15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər.
16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektləri və mənzillər.
17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,
18. Lerik rayonunda 2 villa.
Qeyd edək ki, İqbal Məmmədovun oğlu Türkiyə telekanallarından birinə verdiyi
açıqlamada bu mülklərin onlara məxsus olmasını təsdiqləmişdi. (baxar.az)
Вернуться назад
|