Deputatın biznesi:Donuz, dəvəquşu ferması - SİYAHI

 

78 saylı Lerik seçki dairəsindən deputat seçilmiş İqbal Məmmədov bir neçə gündür kütləvi informasiya vasitələrinin diqqətindədir.

Uluyol.az xəbər verir ki, vergi əməkdaşlarını döydürməkdə adı keçən İqbal Məmmədovun sosial şəbəkələrdə mülklərinin siyahısı dərc olunmaqdadır. İddialara görə İqbal Məmmədovun mülklərinin siyahısı aşağıdakı kimidir:

1. "Kaspi Yıldız” şirkətlər qrupu (otellər, restoranlar).

2. "Relax” şirkətlər qrupu (Lerikdə "Relax" İstirahət Mərkəzi də bura daxildir).

3. Şamaxı rayon, Göylər kəndinin yaxınlığında ferma.

4. Şamaxı rayonunda mal-qara və əkin-biçin təyinatlı hektarlarla torpaq sahəsi.

5. Lerik rayon sakini Eldəniz Quliyevin əlindən alınan 60 sot torpaq.

6. Türkiyədə İstanbul və Ankara şəhərlərində 1 villa, 2 mənzil.

7. Xətai rayonu Fəzail Bayramov 11/56 ünvanında 3 mənzil.

8. Yanğınsöndürmə balonlarının biznesi ("Azərtürkmm" şirkəti).

9. Tibbi yardım çantalarının ("apteçka") biznesi (Azərtürkmm" şirkəti).

10. Lerik rayonunda donuz ferması.

11. Lerik rayonunda dəvəquşu ferması.

12. "Piran broyler" şirkəti (qardaşı Çingiz Məmmədov idarə edir).

13. Piran kənində şeben və kərpic fabrikləri.

14. Şüvəlan və Novxanıda villa.

15. Şəhərin müxtəlif ərazilərində yeni tikilmiş binada mənzillər.

16. Ukrayna, Belarusiya və Rusiyada ticarət obyektləri və mənzillər.

17. İngiltərə, İsveçrə, Çexiyada mənzillər,

18. Lerik rayonunda 2 villa.


Qeyd edək ki, İqbal Məmmədovun oğlu Türkiyə telekanallarından birinə verdiyi açıqlamada bu mülklərin onlara məxsus olmasını təsdiqləmişdi. (baxar.az)

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300