Главная > Mövqe > Sərhədlər yayda da açılmaya bilər - POLİTOLOQ

Sərhədlər yayda da açılmaya bilər - POLİTOLOQ


2-05-2020, 16:09.

            Sərhədlər yayda da açılmaya bilər -POLİTOLOQ

 

"Yaxın aylarda böyük dövlətlər arasında sərhədlərin açılacağını gözləmirəm”.

Qazilər.azbildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Onun sözlərinə görə, koronavirus pandemiyası bəzi ölkələrdə azalmağa başlasa da, böyük dövlətlər arasında bağlanan sərhədlərin açlıması hələ tezdir:

"Çünki dövlətlər ehtiyat edirlər ki, sərhədlər açılsa, ikinci dalğa başlaya bilər. Gediş-gəliş artacaq, nəticədə virus yenidən yayılacaq. Bu baxımdan yaxın aylarda sərhədlərin açılacağını gözləmirəm. Hətta yay aylarında da ola bilsin ki, sərhədlər acılmasın, ümumiyyətlə, bu il müxtəlif dövlətlər arasında gediş-gəliş olmasın. Ancaq ticarət mübadiləsi davam edəcək”.

Elxan Şahinoğlu qeyd edib ki, bu il turizm üçün itirilmiş il hesab olunur.


Вернуться назад