Sərhədlər yayda da açılmaya bilər -POLİTOLOQ
"Yaxın aylarda böyük dövlətlər arasında sərhədlərin açılacağını gözləmirəm”.
Qazilər.azbildirir ki, bunu Qaynarinfo-ya
açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.
Onun sözlərinə görə, koronavirus pandemiyası bəzi ölkələrdə azalmağa başlasa
da, böyük dövlətlər arasında bağlanan sərhədlərin açlıması hələ tezdir:
"Çünki dövlətlər ehtiyat edirlər ki, sərhədlər açılsa, ikinci dalğa
başlaya bilər. Gediş-gəliş artacaq, nəticədə virus yenidən yayılacaq. Bu
baxımdan yaxın aylarda sərhədlərin açılacağını gözləmirəm. Hətta yay aylarında
da ola bilsin ki, sərhədlər acılmasın, ümumiyyətlə, bu il müxtəlif dövlətlər
arasında gediş-gəliş olmasın. Ancaq ticarət mübadiləsi davam edəcək”.
Elxan Şahinoğlu qeyd edib ki, bu il turizm üçün itirilmiş il hesab olunur.