Главная > Aktual > Qətlə yetirilmiş jurnalistin ailəsi Azərbaycanın adını çəkdi

Qətlə yetirilmiş jurnalistin ailəsi Azərbaycanın adını çəkdi


28-11-2019, 11:58.

              Qətlə yetirilmiş jurnalistin ailəsi Azərbaycanın adını çəkdi

 

İki il öncə qətlə yetirilmiş maltal jurnalist Dafna Caruana Qalisiyanın ailəsi Avropa polisinə müraciət vasitəsilə Malta və Azərbaycan arasında pulların yuyulmasının araşdırılmasında müstəntiqlərə, prokurorlara və hakimlərə lazımi dəstək verməyə çağırıb. Bu barədə ailənin press-relizində deyilir.

"Anamız Keyt Şembrinin maliyyə cinayətlərinin üstünü açdıqdan üç il və öldürülməsindən iki il sonra Şembri Maltanın baş naziri Cozef Muskatın administrasiya rəhbəri vəzifəsindən istefa verdi.

İndi biz Malta hakimiyyətini Şembrini onun genişmiqyaslı və çoxdan davam edən cinayət əməlinə görə dərhal mühakimə olunmasına çağırırıq”, – məlumatda qeyd olunur.

Mərhum jurnalistin ailəsi həmçinin baş nazir Cozef Muskatın Şembri və Conrad Missini (hökumət naziri) üç il ərzində niyə müdafiə etdiyini araşdırmağa çağırır.

"Şembri, Missi və onların müdafiəçilərini təqib etməkdən imtina anamız üçün ölümlə nəticələndi. Əgər bu, davam edərsə, Maltada demokratiya üçün fəlakətli nəticələrə səbəb olacaq”, – müraciətdə bildirilib.

Xatırladaq ki, Dafna Qalisiyanın korrupsiya araşdırmalarında müxtəlif banklar və maliyyə qurumları vasitəsilə külli miqdarda pulların yuyulması və üçüncü ölkəyə göndərilməsi faktları üzə çıxıb. Çirkli pulların mənbələri arasında Azərbaycan, Moldova və Rusiya da göstərilib.

Turan

 


Вернуться назад