Главная > Islam > Quran və İmam Hüseyn (ə)

Quran və İmam Hüseyn (ə)


7-09-2019, 11:25.

        Quran və imam Hüseyn (ə)

Mərhəmətli, rəhmli Allahın adı ilə! Qurani-kərim kəlamların seyididirsə (ağasıdırsa) (1), imam Hüseyn (ə) də şəhidlərin ağasıdır.(2) 
"Səhifeyi-Səccadiyə”-də Quran barədə oxuyuruq: (مِيزَانُ‏ الْقِسْطِ) "Ədalət tərəzisi”, imam Hüseyn (ə) də buyurur: (أمَرْت بِالْقِسْط) "Mən ədalətə məmur olmuşam” (3).
Quran Allahın moizəsidirsə (مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ) (4) imam Hüseyn (ə) aşura günü buyurdu: "Tələsməyin ki, sizi haqqa moizə edim” (لَا تَعْجَلُوا حَتَّى‏ أَعِظَكُمْ بالحِق‏) (5).
Quran camaata (xalqa) haqq yolu göstərirsə (يَهْدي إِلَى الرُّشْدِ) (6), imam Hüseyn (ə) da buyurur: "Mən size haqq yoluna dəvət edirəm” (أدعوكم‏ إلى‏ سبيل‏ الرشاد) (7).
Quran əzəmətlidirsə (الْقُرْآنَ الْعَظيم) (8), imam Hüseyn (ə) də əzəmətlidir (عَظِيمَ‏ السَّوَابِق‏) (9).
Quran gerçək bir həqiqətdirsə (وَ إِنَّهُ لَحَقُّ الْيَقينِ) (10), imam Hüseynin (ə) ziyarətində də oxuyuruq: "O qədər sadiqanə və xalis ibadət etdin ki, yəqin dərəcəsinə çatdın” (عَبَدْتَهُ حَتَّى‏ أَتَاكَ‏ الْيَقِين‏) (11).
Quran-kərimin şəfaət məqamı vardırsa (نعم‏ الشّفيع‏ القرآن) (12), imam Hüseynin (ə) də şəfaət məqamı var (ارْزُقْنِي‏ شَفَاعَةَ الْحُسَيْن‏) (13).
Səhifeyi-Səccadiyyənin 42-ci duasında Quran barədə "Quran nicat bayrağıdır” (عَلَمَ‏ نَجَاة) cümləsini oxuyuruqsa, imam Hüseynin (ə) ziyarətində də oxuyuruq ki, o hidayət bayrağıdır (أنّه‏ راية الهدى‏) (14).
Qurani-kərim şəfa vericidirsə (وَ نُنَزِّلُ مِنَ الْقُرْآنِ ما هُوَ شِفاءٌ) (15), imam Hüseynin (ə) qəbirinin torpağı da şəfavericidir (طِينُ‏ قَبْرِ الْحُسَيْنِ‏ ع شِفَاء) (16).
Quran-kərim hikmət məşəlidirsə (منار الحكمة) (17), imam Hüseyn (ə) də hikmət qapısıdır (السَّلَامُ‏ عَلَيْكَ‏ يَا بَابَ‏ حِكْمَةِ رَبِ‏ الْعَالَمِين‏) (18).
Quran "əmr be məruf və nəhy əz münkər” edirsə, yəni yaxşı işlərə əmr edir və pis işlərdən çəkindirirsə (الْقُرْآنُ‏ آمِرٌ وَ زَاجِر) (19), imam Hüseyn (ə) da buyurub: "Kərbəlaya getməkdə mənim məqsədim "əmr be məruf və nəhy əz münkər”-dir, yəni yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirməkdir” (اريد أن‏ آمر بالمعروف و أنهى عن المنكر) (20).
Qurani-kərim nurdur (نُوراً مُبينا) (21), imam Hüseyn (ə) də nurdur (كُنْتَ‏ نُوراً فِي الْأَصْلَابِ الشَّامِخَة) (22).
Quran tarix üçün və bütün insanlar üçündürsə (لَمْ يَجْعَلْ القرآن لِزَمَانٍ‏ دُونَ‏ زَمَانٍ وَ لَا لِنَاسٍ دُونَ نَاسٍ) (23), imam Hüseyn (ə) barədə də oxuyuruq ki, heç vaxt Kərbəlanın təsirləri tarixdən silinməyəcək (لا يدرس‏ أثره‏ و لا يمحى رسمه‏) (24).
Qurani-kərim mübarək (bərəkətli) kitabdır (كِتابٌ أَنْزَلْناهُ إِلَيْكَ مُبارَك‏) (25), imam Hüseynin (ə) şəhadəti də islamın bərəkətinə və inkişafına səbəb oldu (اللّهمّ بارك‏ لي‏ في‏ قتله‏) (26). 
Quran nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) kitabdır (غَيْرَ ذي عِوَج‏) (27), imam Hüseyn (ə) barədə də oxuyuruq: "Bir an belə haqdan batilə dönmədi” (لَمْ‏ تَمِلْ‏ مِنْ‏ حَقٍ‏ إِلَى بَاطِل‏) (28).
Quran kərimdirsə (إِنَّهُ لَقُرْآنٌ كَريم‏) (29), imam Hüseynin (ə) əxlaqı da kərim (kəramətli) idi (كَرِيمَ‏ الْخَلَائِق‏) (30).
Quran şübhəsiz ki, çox dəyərli (qiymətli və əziz) bir kitabdır. (إِنَّهُ لَكِتابٌ عَزيزٌ) (31), imam Hüseyn (ə) də buyurdu: "Zillət (xarlıq) bizdən uzaqdır” (هيهات‏ منّا الذلّة) (32).
Quran (qırılmaq bilməyən) ən möhkəm bir ipdir (ان هذا القرآن...العروه الوثقی) (33), imam Hüseyn (ə) də nicat gəmisi və möhkəm ipdir (ان الحسین سفینه النجاه و العروه الوثقی) (34).
Quran açıq-aşkar bir dəlildir (جاءَكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُم‏) (35), imam Hüseyn (ə) də açıq-aşkar bir dəlildir (أَشْهَدُ أَنَّكَ‏ عَلَى‏ بَيِّنَةٍ مِنْ رَبِّك‏) (36).
Quran aramla (ağır-ağır) oxunmalıdır (رَتِّلِ الْقُرْآنَ تَرْتيلا) (37), imam Hüseynin (ə) qəbirinin ziyarəti də aramla yerinə yetirilməlidir (وَ امْشِ مَشْيَ‏ الْعَبْدِ الذَّلِيل‏) (38).
Quran tilavəti hüznlə olmalıdırsa (فَاقْرَءُوهُ بِالْحُزْن‏) (39), imam Hüseynin (ə) ziyarəti də hüznlə olmalıdır (فَزُرْهُ وَ أَنْتَ كَئِيبٌ‏ حَزِينٌ مَكْرُوبٌ شَعِثا) (40).
Bəli, Hüseyn (ə) natiq Qurandır və İlahi kəlamın simasıdır.

Qeydlər və ədəbiyyat siyahısı:
1-Məcməul-bəyan, 2-ci cild, səh: 361.
2-Kamiluz-ziyarat.
3-Camiul-əhadisi şiə, 12-ci cild, səh: 481.
4-Yunus surəsi, 57-ci ayə. 
5-Ləvaicul-əşcan, səh: 26.
6-Cinn surəsi, 2-ci ayə.
7-Ləvaicul-əşcan, səh: 127. 
8-Hicr surəsi, 87-ci ayə. 
9-Biharul-ənvar, 98-ci cild, səh: 239.
10-Haqqə surəsi, 51-ci ayə.
11-Kamiluz-ziyarat, səh: 202. 
12-Nəhcül-fəsahə, 662-ci cümlə.
13-Aşura ziyarəti.
14-Kamiluz-ziyarat.
15-İsra surəsi, 82-ci ayə.
16-Mən la yəhzuruhul fəqih, 2-ci cild, səh: 446.
17-Əl-Həyat, 2-ci cild, səh: 140.
18-Məfatihul-cinan. 
19-Nəhcül-bəlağə, 182-ci xütbə. 
20-Məqtəli Xarəzmi, 1-ci cild, səh: 188. 
21-Nisa surəsi, 174-cü ayə.
22-Kamiluz-ziyarat, səh: 200. 
23-Səfinətul-bihar, 2-ci cild, səh: 413. 
24-Biharul-ənvar, 70-ci cild, səh: 323.
25-Sad surəsi, 29-cu ayə.
26-Məqtəli Xarəzmi, 1-ci cild, səh: 188.
27-Zumər surəsi, 28-ci ayə.
28-Furuği kafi, 4-cü cild, səh: 561.
29-Vaqiə surəsi, 77-ci ayə. 
30-Əlməzarul-kəbir, səh: 502. 
31-Fussilət surəsi, 41-ci ayə. 
32-Lühuf, səh: 52.
33-Biharul-ənvar, 89-cu cild, səh: 31
34-Pərtuyi əz əzəməte Hüseyn, səh: 6.
35-Ənam surəsi, 157-ci ayə.
36-Furuği kafi, 4-cü cild, səh: 565.
37-Muzzəmmil surəsi, 4-cü ayə.
38-Kamiluz-ziyarat.
39-Vəsailuş-şiə, 6-cı cild, səh: 208.
40-Kamiluz-ziyarat.

Mənbə: Rəhtuşeyi rahiyane nur, 94-cü cild, səh: 61-64.
Höccətül islam vəl-müslimin Qiraəti.
Tərcümə etdi: Ə. Şəhriyar

Вернуться назад