Quran və imam Hüseyn (ə)
Mərhəmətli, rəhmli Allahın adı ilə! Qurani-kərim kəlamların seyididirsə (ağasıdırsa) (1), imam Hüseyn (ə) də şəhidlərin ağasıdır.(2)
"Səhifeyi-Səccadiyə”-də Quran barədə oxuyuruq: (مِيزَانُ الْقِسْطِ) "Ədalət tərəzisi”, imam Hüseyn (ə) də buyurur: (أمَرْت بِالْقِسْط) "Mən ədalətə məmur olmuşam” (3).
Quran Allahın moizəsidirsə (مَوْعِظَةٌ مِنْ رَبِّكُمْ) (4) imam Hüseyn (ə) aşura günü buyurdu: "Tələsməyin ki, sizi haqqa moizə edim” (لَا تَعْجَلُوا حَتَّى أَعِظَكُمْ بالحِق) (5).
Quran camaata (xalqa) haqq yolu göstərirsə (يَهْدي إِلَى الرُّشْدِ) (6), imam Hüseyn (ə) da buyurur: "Mən size haqq yoluna dəvət edirəm” (أدعوكم إلى سبيل الرشاد) (7).
Quran əzəmətlidirsə (الْقُرْآنَ الْعَظيم) (8), imam Hüseyn (ə) də əzəmətlidir (عَظِيمَ السَّوَابِق) (9).
Quran gerçək bir həqiqətdirsə (وَ إِنَّهُ لَحَقُّ الْيَقينِ) (10), imam Hüseynin (ə) ziyarətində də oxuyuruq: "O qədər sadiqanə və xalis ibadət etdin ki, yəqin dərəcəsinə çatdın” (عَبَدْتَهُ حَتَّى أَتَاكَ الْيَقِين) (11).
Quran-kərimin şəfaət məqamı vardırsa (نعم الشّفيع القرآن) (12), imam Hüseynin (ə) də şəfaət məqamı var (ارْزُقْنِي شَفَاعَةَ الْحُسَيْن) (13).
Səhifeyi-Səccadiyyənin 42-ci duasında Quran barədə "Quran nicat bayrağıdır” (عَلَمَ نَجَاة) cümləsini oxuyuruqsa, imam Hüseynin (ə) ziyarətində də oxuyuruq ki, o hidayət bayrağıdır (أنّه راية الهدى) (14).
Qurani-kərim şəfa vericidirsə (وَ نُنَزِّلُ مِنَ الْقُرْآنِ ما هُوَ شِفاءٌ) (15), imam Hüseynin (ə) qəbirinin torpağı da şəfavericidir (طِينُ قَبْرِ الْحُسَيْنِ ع شِفَاء) (16).
Quran-kərim hikmət məşəlidirsə (منار الحكمة) (17), imam Hüseyn (ə) də hikmət qapısıdır (السَّلَامُ عَلَيْكَ يَا بَابَ حِكْمَةِ رَبِ الْعَالَمِين) (18).
Quran "əmr be məruf və nəhy əz münkər” edirsə, yəni yaxşı işlərə əmr edir və pis işlərdən çəkindirirsə (الْقُرْآنُ آمِرٌ وَ زَاجِر) (19), imam Hüseyn (ə) da buyurub: "Kərbəlaya getməkdə mənim məqsədim "əmr be məruf və nəhy əz münkər”-dir, yəni yaxşı işlərə əmr etmək və pis işlərdən çəkindirməkdir” (اريد أن آمر بالمعروف و أنهى عن المنكر) (20).
Qurani-kərim nurdur (نُوراً مُبينا) (21), imam Hüseyn (ə) də nurdur (كُنْتَ نُوراً فِي الْأَصْلَابِ الشَّامِخَة) (22).
Quran tarix üçün və bütün insanlar üçündürsə (لَمْ يَجْعَلْ القرآن لِزَمَانٍ دُونَ زَمَانٍ وَ لَا لِنَاسٍ دُونَ نَاسٍ) (23), imam Hüseyn (ə) barədə də oxuyuruq ki, heç vaxt Kərbəlanın təsirləri tarixdən silinməyəcək (لا يدرس أثره و لا يمحى رسمه) (24).
Qurani-kərim mübarək (bərəkətli) kitabdır (كِتابٌ أَنْزَلْناهُ إِلَيْكَ مُبارَك) (25), imam Hüseynin (ə) şəhadəti də islamın bərəkətinə və inkişafına səbəb oldu (اللّهمّ بارك لي في قتله) (26).
Quran nöqsansız-qüsursuz (heç bir əyri-üyrülüyü, dolaşıqlığı olmayan) kitabdır (غَيْرَ ذي عِوَج) (27), imam Hüseyn (ə) barədə də oxuyuruq: "Bir an belə haqdan batilə dönmədi” (لَمْ تَمِلْ مِنْ حَقٍ إِلَى بَاطِل) (28).
Quran kərimdirsə (إِنَّهُ لَقُرْآنٌ كَريم) (29), imam Hüseynin (ə) əxlaqı da kərim (kəramətli) idi (كَرِيمَ الْخَلَائِق) (30).
Quran şübhəsiz ki, çox dəyərli (qiymətli və əziz) bir kitabdır. (إِنَّهُ لَكِتابٌ عَزيزٌ) (31), imam Hüseyn (ə) də buyurdu: "Zillət (xarlıq) bizdən uzaqdır” (هيهات منّا الذلّة) (32).
Quran (qırılmaq bilməyən) ən möhkəm bir ipdir (ان هذا القرآن...العروه الوثقی) (33), imam Hüseyn (ə) də nicat gəmisi və möhkəm ipdir (ان الحسین سفینه النجاه و العروه الوثقی) (34).
Quran açıq-aşkar bir dəlildir (جاءَكُمْ بَيِّنَةٌ مِنْ رَبِّكُم) (35), imam Hüseyn (ə) də açıq-aşkar bir dəlildir (أَشْهَدُ أَنَّكَ عَلَى بَيِّنَةٍ مِنْ رَبِّك) (36).
Quran aramla (ağır-ağır) oxunmalıdır (رَتِّلِ الْقُرْآنَ تَرْتيلا) (37), imam Hüseynin (ə) qəbirinin ziyarəti də aramla yerinə yetirilməlidir (وَ امْشِ مَشْيَ الْعَبْدِ الذَّلِيل) (38).
Quran tilavəti hüznlə olmalıdırsa (فَاقْرَءُوهُ بِالْحُزْن) (39), imam Hüseynin (ə) ziyarəti də hüznlə olmalıdır (فَزُرْهُ وَ أَنْتَ كَئِيبٌ حَزِينٌ مَكْرُوبٌ شَعِثا) (40).
Bəli, Hüseyn (ə) natiq Qurandır və İlahi kəlamın simasıdır.
Qeydlər və ədəbiyyat siyahısı:
1-Məcməul-bəyan, 2-ci cild, səh: 361.
2-Kamiluz-ziyarat.
3-Camiul-əhadisi şiə, 12-ci cild, səh: 481.
4-Yunus surəsi, 57-ci ayə.
5-Ləvaicul-əşcan, səh: 26.
6-Cinn surəsi, 2-ci ayə.
7-Ləvaicul-əşcan, səh: 127.
8-Hicr surəsi, 87-ci ayə.
9-Biharul-ənvar, 98-ci cild, səh: 239.
10-Haqqə surəsi, 51-ci ayə.
11-Kamiluz-ziyarat, səh: 202.
12-Nəhcül-fəsahə, 662-ci cümlə.
13-Aşura ziyarəti.
14-Kamiluz-ziyarat.
15-İsra surəsi, 82-ci ayə.
16-Mən la yəhzuruhul fəqih, 2-ci cild, səh: 446.
17-Əl-Həyat, 2-ci cild, səh: 140.
18-Məfatihul-cinan.
19-Nəhcül-bəlağə, 182-ci xütbə.
20-Məqtəli Xarəzmi, 1-ci cild, səh: 188.
21-Nisa surəsi, 174-cü ayə.
22-Kamiluz-ziyarat, səh: 200.
23-Səfinətul-bihar, 2-ci cild, səh: 413.
24-Biharul-ənvar, 70-ci cild, səh: 323.
25-Sad surəsi, 29-cu ayə.
26-Məqtəli Xarəzmi, 1-ci cild, səh: 188.
27-Zumər surəsi, 28-ci ayə.
28-Furuği kafi, 4-cü cild, səh: 561.
29-Vaqiə surəsi, 77-ci ayə.
30-Əlməzarul-kəbir, səh: 502.
31-Fussilət surəsi, 41-ci ayə.
32-Lühuf, səh: 52.
33-Biharul-ənvar, 89-cu cild, səh: 31
34-Pərtuyi əz əzəməte Hüseyn, səh: 6.
35-Ənam surəsi, 157-ci ayə.
36-Furuği kafi, 4-cü cild, səh: 565.
37-Muzzəmmil surəsi, 4-cü ayə.
38-Kamiluz-ziyarat.
39-Vəsailuş-şiə, 6-cı cild, səh: 208.
40-Kamiluz-ziyarat.
Mənbə: Rəhtuşeyi rahiyane nur, 94-cü cild, səh: 61-64.
Höccətül islam vəl-müslimin Qiraəti.
Tərcümə etdi: Ə. Şəhriyar