Главная > Kriminal > ABŞ-da stadiona silahlı hücum nəticəsində 10 nəfər yaralanıb
ABŞ-da stadiona silahlı hücum nəticəsində 10 nəfər yaralanıb31-08-2019, 17:49. |
ABŞ-da Amerikan Futbol Liqasının liseylər arasında keçirdiyi çempionatın matçı zamanı Alabama ştatındakı stadiona silahlı hücum nəticəsində 10 nəfər yaralanıb. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, yaralılardan beşinin vəziyyəti ağırdır. Alabama polisinin məlumatında qeyd olunur ki, "Ladd-Peebles” stadionunda keçirilən iki lisey komandası arasında keçirilən matçda silah səsləri eşidilib. Adları açıqlanmayan iki şəxsin atəş açması nəticəsində 15-18 yaş arasında olan 10 gənc yaralanıb, tamaşaçılar arasında güclü çaxnaşma yaranıb. Polis rəisi Lourens Battist bildirib ki, stadionda atəş aşan gənclər öz aralarındakı hesablaşmanı stadionda həll etməyə çalışıblar. Onlardan ikisi həbs edilib.
Вернуться назад |