ABŞ-da stadiona silahlı hücum nəticəsində 10 nəfər yaralanıb

 

ABŞ-da Amerikan Futbol Liqasının liseylər arasında keçirdiyi çempionatın matçı zamanı Alabama ştatındakı stadiona silahlı hücum nəticəsində 10 nəfər yaralanıb. AZƏRTAC CNN telekanalının saytına istinadla xəbər verir ki, yaralılardan beşinin vəziyyəti ağırdır.

Alabama polisinin məlumatında qeyd olunur ki, "Ladd-Peebles” stadionunda keçirilən iki lisey komandası arasında keçirilən matçda silah səsləri eşidilib. Adları açıqlanmayan iki şəxsin atəş açması nəticəsində 15-18 yaş arasında olan 10 gənc yaralanıb, tamaşaçılar arasında güclü çaxnaşma yaranıb.

Polis rəisi Lourens Battist bildirib ki, stadionda atəş aşan gənclər öz aralarındakı hesablaşmanı stadionda həll etməyə çalışıblar. Onlardan ikisi həbs edilib.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300