Главная > Kriminal > Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var

Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var


30-04-2019, 09:48.

         Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var

 

Qazax rayonunda avtomobil qəzası baş verib.

"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.

Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlardan biri - 1984-cü il təvəllüdlü İlqar Adıgözəl oğlu Əhədov xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzada xəsarət alan digər şəxsə isə hadisə yerində tibbi yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

 


Вернуться назад