Qazaxda avtomobil qəzası olub, xəsarət alanlar var
Qazax rayonunda avtomobil qəzası baş verib.
"Report"un Qərb Mərkəzinin məlumatına görə, hadisə Qazaxbəyli kəndi ərazisində qeydə alınıb.
Hadisə zamanı 2 nəfər xəsarət alıb. Onlardan biri - 1984-cü il təvəllüdlü İlqar Adıgözəl oğlu Əhədov xəstəxanaya yerləşdirilib. Yaralının vəziyyətinin orta-ağır olduğu bildirilir. Qəzada xəsarət alan digər şəxsə isə hadisə yerində tibbi yardım göstərilib.
Faktla bağlı araşdırma aparılır.