Главная > İqtisadiyyat > Azərbaycanda vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlanıb
Azərbaycanda vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlanıb23-04-2019, 13:30. |
Azərbaycanda vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlanıbAzərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) rezidentlərə əlavə güzəşt əldə etmək məqsədilə vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlayıb. Bu barədə ONA-ya YTP-dən bildirilib. YTP-dən verilən məlumata görə, hazırda sənəd AMEA tərəfindən nəzərdən keçirilir və yaxın vaxtlarda müvafiq strukturlara təqdim olunacaq. Təklif rezidentlər tərəfindən gətirilən xammal və ehtiyat
hissələri üzrə gömrük rüsumlarından və ƏDV-dən azadolma imkanını nəzərdə tutur.
Əlavə güzəştlərin əldə olunması YTP-nin investorlar üçün daha cəlbedici
olmasına zəmin yaradacaq.
Вернуться назад |