Azərbaycanda vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlanıb

 

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Yüksək Texnologiyalar Parkı (YTP) rezidentlərə əlavə güzəşt əldə etmək məqsədilə vergi və gömrük məcəllələrinə düzəlişlər üçün təkliflər hazırlayıb. Bu barədə ONA-ya YTP-dən bildirilib.

YTP-dən verilən məlumata görə, hazırda sənəd AMEA tərəfindən nəzərdən keçirilir və yaxın vaxtlarda müvafiq strukturlara təqdim olunacaq.

Təklif rezidentlər tərəfindən gətirilən xammal və ehtiyat hissələri üzrə gömrük rüsumlarından və ƏDV-dən azadolma imkanını nəzərdə tutur. Əlavə güzəştlərin əldə olunması YTP-nin investorlar üçün daha cəlbedici olmasına zəmin yaradacaq.
"Hazırda YTP-nin nəzdində uzunmüddətli layihələri olan 10 rezident fəaliyyət göstərir. Rezident statusunu almaq üçün daha bir şirkət müraciət edib. Şirkətin fəaliyyət sahəsi mikrobiologiya ilə bağlıdır. Müraciət ekspertlər şurası tərəfindən təsdiqləndikdən sonra bu qurum da rezident statusunu əldə edəcək", - deyə YTP-dən qeyd ediblər.

 

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300