Главная > Maraqlı > Türkmənlərə kosmosdan təbrik gəldi... - Milyonların izlədiyi VİDEO

Türkmənlərə kosmosdan təbrik gəldi... - Milyonların izlədiyi VİDEO


1-01-2019, 21:56.

                 Türkmənlərə kosmosdan təbrik gəldi...- Milyonların izlədiyi VİDEO

Türkmənistanda yaşayan rus kosmonavt, Beynəlxalq Kosmos Stansiyasına rəhbərlik edən Oleq Kononenko prezident Qurbanqulu Berdıməhəmmədov və Türkmənistan xalqını təbrik edib.

Uluyol.az teleqraf.com-a istinadla xəbər verir ki, türkmənlərə kosmik stansiyadan təbrik göndərən Oleq Kononenko Türkmənistan bayrağını və prezidentin "Türkmənistan – İpək Yolunun qəlbi” kitabını nümayiş etdirib.

Kononenko qeyd edib ki, onun doğulduğu və yaşadığı ölkəyə xüsusi duyğuları var.

Qeyd edək ki, Rusiya qəhrəmanı adını almış Oleq Kononenko 1964-cü ildə Türkmənistanın Türkmənabad şəhərində doğulub. 2009-cu ildə Türkmənistan prezidentinin fərmanı ilə "Prezidentin ulduzu” ordeni ilə təltif edilib.

2015-ci ildə Türkmənistanın ilk kosmik kommunikasiya peyki "TürkmenAlem” ("Türkmən kainatı”) fəaliyyətə başlayıb.

Peyk Fransanın "Thales Alenia Space” şirkəti tərəfindən hazırlanıb və "Cape Canaveral” (ABŞ) kosmodromundan ABŞ-ın "SpaceX” şirkəti tərəfindən geostasionar orbitə çıxarılıb.

Kosmonavtın Yeni il təbriki ilə bağlı video-görüntüsünü təqdim edirik:

 


Вернуться назад