Главная > Türk Dünyası > Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi-FOTOLAR
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi-FOTOLAR27-12-2018, 14:03. |
Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi-FOTOLAR
Dövlət
himnimiz səsləndikdən sonra Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü
uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sukutla yad edilib. Mərasimin
aparıcısı Rüfət Muradlının qısa çıxışından sonra Borçalı Cəmiyyətinin fəaliyyətinə
və TÜRKSOY-a həsr olunmuş video filmlər göstərilib. Axıska türklərinin "Vətən”
Cəmiyyətinin yeni sədri İsmayıl Rəhimovu, Gürcüstandan gəlmiş ictimai-siyasi
xadim Əhməd İmamquliyevi və digər qonaqları salamlayan Borçalı Cəmiyyətin sədri
Zəlimxan Məmmədli çıxışında ötən həmrəylik bayramından keçən bir il ərzində
görülən işlər, uğurlar haqda danışıb, TÜRKSOY təşkilatını təbrik edib və
Borçalı Cəmiyyətinin gələn il üçün fəalliyət istiqamətləri haqda mərasim
iştirakçılarına məlumat verib. O bildirib:”Biz 10 ildir kimsədən yardım gələcəyinə
ümid bəsləmədən millətimizə, elimizə güvənərək bəlli məsafə qət edə bilmişik.
Bununla Azərbaycan insanının potensialının tükənməz və güclü olduğuna bir daha əmin
olaraq altı qızıl xətlə cızılan hadisələr yarada bilmişik. TÜRKSOY təşkilatının
Borçalını tanıtma proqramı tarixi hadisə olmaqla Borçalı türklərinin Türk
dünyasına inteqrasiyasında çox əhəmiyyətli bir qapıdır. TÜRKSOY ailəsinə, şəxsən
baş katib Dusen Kaseinov cənablarına adınızdan təşəkkür etməklə bildirirəm ki,
iş birliyimiz davam edəcək və ən yaxın bir zamanda özü şəxsən Borçalı Cəmiyyətinin
qonağı olacaq. Eyni zamanda Borçalı Cəmiyyəti Azərbaycan türklüyünün mənəvi cəhətdən
ayrılmaz bir parası olan Borçalı türkləri adından, öz daxili imkanları ilə
Bakının erməni-bolşevik işğalından təmizlənməsində müstəsna rol oynamış Qafqaz
İslam Ordusunun komandanı Nuru paşanın büstünü qoymaqla yenə də insan amilinin
qüdrətini əyani nümayiş etdirdi. Biz bundan sonra da insan resursumuzun gücünə,
ədalətin, haqqın gücünə güvənərək başlatdığımız müqəddəs yolu davam etdirmək əzmindəyik.
Hər birinizi bu bayram münasibəti ilə təbrik etməklə bəyan edirəm ki, yenə də
özümüzə güvənərək növbəti ilin prtalarına qədər Borçalı Ensiklopediyasının ən
azı birinci cildinin nəşrinə nail olacağıq.” Вернуться назад |