Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi-FOTOLAR

 


Borçalı Cəmiyyəti 10-cu dəfə Gürcüstan Türklərinin Həmrəylik Bayramını keçirib. Uluslararası Türk Kültür Təşkilatı -TÜRKSOY-un da 25 yaşına həsr edilən builki mərasimdə Gürcüstan, Türkiyə, Güney Azərbaycandan olan ictimai- siyasi və elm xadimləri, sənətçilər, Ahıska Türklərinin təmsilçiləri iştirak etdilər.

   Dövlət himnimiz səsləndikdən sonra Azərbaycan, Gürcüstan və Türkiyənin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sukutla yad edilib. Mərasimin aparıcısı Rüfət Muradlının qısa çıxışından sonra Borçalı Cəmiyyətinin fəaliyyətinə və TÜRKSOY-a həsr olunmuş video filmlər göstərilib. Axıska türklərinin "Vətən” Cəmiyyətinin yeni sədri İsmayıl Rəhimovu, Gürcüstandan gəlmiş ictimai-siyasi xadim Əhməd İmamquliyevi və digər qonaqları salamlayan Borçalı Cəmiyyətin sədri Zəlimxan Məmmədli çıxışında ötən həmrəylik bayramından keçən bir il ərzində görülən işlər, uğurlar haqda danışıb, TÜRKSOY təşkilatını təbrik edib və Borçalı Cəmiyyətinin gələn il üçün fəalliyət istiqamətləri haqda mərasim iştirakçılarına məlumat verib. O bildirib:”Biz 10 ildir kimsədən yardım gələcəyinə ümid bəsləmədən millətimizə, elimizə güvənərək bəlli məsafə qət edə bilmişik. Bununla Azərbaycan insanının potensialının tükənməz və güclü olduğuna bir daha əmin olaraq altı qızıl xətlə cızılan hadisələr yarada bilmişik. TÜRKSOY təşkilatının Borçalını tanıtma proqramı tarixi hadisə olmaqla Borçalı türklərinin Türk dünyasına inteqrasiyasında çox əhəmiyyətli bir qapıdır. TÜRKSOY ailəsinə, şəxsən baş katib Dusen Kaseinov cənablarına adınızdan təşəkkür etməklə bildirirəm ki, iş birliyimiz davam edəcək və ən yaxın bir zamanda özü şəxsən Borçalı Cəmiyyətinin qonağı olacaq. Eyni zamanda Borçalı Cəmiyyəti Azərbaycan türklüyünün mənəvi cəhətdən ayrılmaz bir parası olan Borçalı türkləri adından, öz daxili imkanları ilə Bakının erməni-bolşevik işğalından təmizlənməsində müstəsna rol oynamış Qafqaz İslam Ordusunun komandanı Nuru paşanın büstünü qoymaqla yenə də insan amilinin qüdrətini əyani nümayiş etdirdi. Biz bundan sonra da insan resursumuzun gücünə, ədalətin, haqqın gücünə güvənərək başlatdığımız müqəddəs yolu davam etdirmək əzmindəyik. Hər birinizi bu bayram münasibəti ilə təbrik etməklə bəyan edirəm ki, yenə də özümüzə güvənərək növbəti ilin prtalarına qədər Borçalı Ensiklopediyasının ən azı birinci cildinin nəşrinə nail olacağıq.”

Daha sonra İlin Şərəf Medalları sahiblərinə təqdim edilib. Borçalı Cəmiyyəti İH -nin 15 dekabr qərarına əsasən səmərəli elmi və ictimai fəaliyyətinə görə İsaxan İsaxanlı, Knyaz Aslan, Vahid Ömərov, Əsəd Təhləli, Bədirxan Əhmədov, Məmməd Sarvan , Şahbaz Musayev eləcə də Borçalı Cəmiyyətində qoyulan Nuru Paşanın büstünün müəllifi Zirəddin Quliyev İlin Şərəf medallarına layiq görülüblər. Borçalı Cəmiyyətinin builki Türklüyə Xidmət Ödüllərinə TÜRKSOY təşkilatının baş katibi Düsen Kaseinov və Türkiyədə yaşayan görkəmli heykəltəraş Səid Rüstəm layiq görülüblər. Bayram mərasimində Borçalı Cəmiyyətinin xüsusi hədiyyələri Gürcüstanın tanınmış siyasi simalarından Əhməd İmamquliyevə, Aşıq Şahbaz Göyçəoğluna Axiska Türklərinin Vətən Cəmiyyətinin sədri İsmayıl Əliyevə, Milli Mədəniyyətin Təbliği İB -nin sədri Jalə Cəfərovaya, Kəpənəkçi Xeyriyyə Fondunun sədri Azər Göyüşova, Güney Azərbaycan Konqresinin sədri Abdulla Əmir Haşimi Cavanşirə də təqdim olunub. Tədbirdə Əhməd İmamquliyev çıxış edərək Borçalı Cəmiyyətinə bu möhtəşəm görüşə görə təşəkkürünü bildirməklə Gürcüstanın siyasi həyatında sona qədər var olacağını, Azərbaycan-Gürcüstan strateji tərəfdaşlıq münasibətlərinin daha da inkişafı üçün mübarizə aparacağını bildirib.

Gecədə həmçinin Güney Azərbaycan Konqresinin təsis etdiyi Seyid Cəfər Pişəvəri mükafatı da sahiblərinə təqdim edilib. Tanınmış alim Esmira Fuad və sənətçi Həsən Cəbrayılov mükafatlara layiq görülüblər. Uluslararası Türk Kültürü Təşkilatının 25 illiyinə həsr edilən Həmrəylik Bayramı mərasimində mükafatlananlarla bərabır Borçalının El ağsaqqalları və görkəmli ziyalılar Abbas Abdulla, Osman Əhmədoğlu, Mədəd Coşqun, Elxan Məmmədli, professor Telman Əliyev, tarix elmləri doktoru Mahal Qacar da Borçalı Cəmiyyətinə öz xeyir dualarını veriblər. Bayram mərasimi Aşıq Cahangir , Şüşa Elat Muğam Üçlüyünün solisti Bəxşeyiş Mehdiyev, Ariz Hüseynov, Xəlil Qaraçöp və Xudafərin ansamblının çıxışları ilə davam edib.

Borçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdiBorçalı Cəmiyyəti TÜRKSOY təşkilatının 25 illiyini qeyd etdi

Sayt haqqında

"Kütləvi informasiya vasitələri haqqında Azərbaycan Respublikasının Qanunu"na əsasən KİV qanunla qadağan olunmuş mənbələr istisna olmaqla, istənilən vəsaitlər hesabına maliyyələşdirilə bilər (Maddə 6-1), KİV üzərində dövlət senzurasına, habelə bu məqsədlə xüsusi dövlət orqanlarının və ya vəzifələrin yaradılmasına və maliyyələşdirilməsinə yol verilmir (Maddə 7), KİV cəmiyyətdəki iqtisadi, siyasi, ictimai və sosial durum haqqında, dövlət orqanlarının, bələdiyyələrin, idarə, müəssisə və təşkilatların, ictimai birliklərin, siyasi partiyaların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququna malikdirlər (Maddə 8)

ULU YOL xəbər agentliyi 2015
Təsisçi və Baş redaktor:   Saday Fərəcov
Tel:                    +994 70 215 78 15
E mail:                    uluyol.az@gmail.com
Hazırladı: Vüsal Əli

Fatal error: Uncaught Error: [] operator not supported for strings in /home/uluyol/domains/uluyol.info/public_html/index.php:300 Stack trace: #0 {main} thrown in /home/uluyol/domains/uluyol.info/public_html/index.php on line 300