Главная > Ümumi > İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçılarının görüşü keçiriləcək

İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçılarının görüşü keçiriləcək


28-10-2018, 12:19.

       İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçılarının görüşü keçiriləcək

 

Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında yeddinci üçtərəfli görüş oktyabrın 29-da İstanbulda keçiriləcək.

"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir.

Görüşdə üçtərəfli əməkdaşlıqdakı irəliləyiş, son regional və qlobal hadisələrin müzakirəsi planlaşdırılır.

 


Вернуться назад