İstanbulda Azərbaycan, Türkiyə və Gürcüstanın XİN başçılarının görüşü keçiriləcək
Azərbaycan, Türkiyə və Gürcüstanın xarici işlər nazirləri - Elmar Məmmədyarov, Mövlud Çavuşoğlu və David Zalkaliani arasında yeddinci üçtərəfli görüş oktyabrın 29-da İstanbulda keçiriləcək.
"Report" xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bəyanatında bildirilir.
Görüşdə üçtərəfli əməkdaşlıqdakı irəliləyiş, son regional və qlobal hadisələrin müzakirəsi planlaşdırılır.