Главная > Ölkə > İlqar Rəsul APA.TV-dən getdi...

İlqar Rəsul APA.TV-dən getdi...


9-03-2018, 18:55.

              İlqar Rəsul APA.TV-dən getdi...

 

Bu gün tanınmış jurnalist – publisist İlqar Rəsulun 2013-cü ildən çalışdığı APA TV-dən işdən çıxması ilə bağlı xəbər yayılıb.

Qaziler.az saytı məsələ ilə bağlı İlqar Rəsulla əlaqə saxlayıb. O, APA.TV-dən getməsi xəbərini təsdiq edib: "Bəli, artıq APA.TV lə yollarımız ayrılıb. Heç bir iş tapmadan iş yerimdən ayrılmışam. Hələlik heç kimlə işlə bağlı danışmamışam”.

Xatırladaq ki, İlqar Rəsul M.Ə. Rəsulzadə adına Bakı Dövlət Universitetini Jurnalistika fakültəsində təhsil alıb. Universiteti fərqlənmə diplomu ilə bitirib. 2000-ci ildə həmin fakültənin magistratura pilləsini bitirib. Ölkənin bir neçə tanınmış mətbuat orqanında müxtəlif vəzifələrdə çalışıb.

2004-2012-ci illərdə Azadlıq Radiosunun (ABŞ) Azərbaycanda parlament və Prezident Adminstrasiyası üzrə xüsusi müxbiri olub.

2013-cü ildən APA Holdinqin tərkibində fəaliyyət göstərən APA TV-nin baş direktorunun müşaviri vəzifəsində çalışıb. Televiziyada bir çox maraqlı layihələrə imza atıb.

Ailəlidir, 1 övladı var.


Вернуться назад