Главная > Cəmiyyət > Müsavat Partiyasının yaradılmasından 106 il ötdü: Arif Hacılının təbriki

Müsavat Partiyasının yaradılmasından 106 il ötdü: Arif Hacılının təbriki


10-10-2017, 20:42.

               Müsavat Partiyasının yaradılmasından 106 il ötdü: Arif Hacılının təbriki

 

Əsası 1911- il oktyabr ayının 11-də qoyulmuş Müsavat Partiyasının 106 yaşı tamam olur. Müsavat Partiyasının başqanı Arif Hacılı bü münasibətlə müsavatçıları və Azərbaycan xalqını təbrik edib.

"Həmin dövrdə İstanbulda mühacirətdə olan Məhəmməd Əmin Rəsulzadənin rəhbəliyi ilə əmisi oğlu Məhəmməd Əli, Abbasqulu Kazımzadə və Tağı Nağıoğlu tərəfindən təsis olunan Müsavat Firqəsi ilk dövrlərdə gizli fəaliyyət göstərirdi. Məhəmmədəmin bəy Bakıya qayıtdıqdan, xüsusilə 1917- ci il fevral inqilabından sonra Müsavat nəinki Azərbaycanda, hətta bütün Qafqazda ən güclü siyasitəşkilata çevrildi”, – Arif hacılı özünün feysbuk səhifəsində yazıb.

Arif Hacılı qeyd edib ki, Azərbaycanın istiqlalı, 1918-20-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətimiz Müsavatın adı ilə bağlıdır: "Xalqımızın istiqlal və azadlıq arzusunun ifadəçisi, simvolu olan Müsavat, mövcud olduğu 106 il ərzində bu arzunun həyata keçməsi uğrunda fasiləsiz mübarizə aparır. Müsavatçılıq müstəqil, azad, firavan Azərbaycanın qurulması yolunda sinaqlardan çıxmış bir bələdçidir.Müsavat Partiyasının ildönümü münasibəti ilə partiya üzvlərini, bütün müsavatçıları və Azərbaycan xalqını təbrik edirəm”.

 


Вернуться назад